Yuxarı

Tatevosyan erməni ordusunu belə ifşa etdi – Şok faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni jurnalist Qarabağda şok faktlar üzə çıxarıb.

Axar.az xəbər verir ki, Ermənistanın "Yerkir media" nəşrinin muxbiri Samvel Tatevosyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb.

Reportajda Dağlıq Qarabağda, xüsusən cəbhə boyu kəndlərdə dislokasiya olunmuş hərbi hissələrin ərazisində olub, oradakı mövcud vəziyyəti öyrənən müxbir bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb.

Belə ki, apreldə baş verən döyüş əməliyyatlarından sonra Qarabağa səfər edərkən buranın çox dəyişdiyini bildirən S.Tatevosyan hazırda bu bölgədə yerləşən bir çox kəndin demək olar ki, boş olduğunu vurğulayıb. Reportajda kəndlərdə yalnız hərbçilərin yaşadığı, Mardakert (Ağdərə), Stepanakert (Xankəndi), Martuni (Xocavənd), Hadrud və Berdzor (Laçın) şəhərlərində gündəlik həyatın iflic olduğu, insanların məyus halda gəzdiyi, həyatın rəngsiz hal aldığı əksini tapıb.

Cəbhə boyu hərbi hissələri gəzən, əsgərlərlə söhbət edən jurnalistin diqqətini əsgərlərin həddindən artıq problemlərinin olduğu, komandirlərin onlarla maraqlanmadığı, əsgərlərin döyüş ləvazimatlarının çatışmadığı, qış paltarı və ayaqqabılarının yararsız olduğu cəlb edib.

Bundan başqa, döyüş postlarında olarkən burada şəraitin zəif təşkil oluduğunu, ərzaq və suyun çatışmadığını, əsgərlərin çox vaxt ac qaldığını, qidaların keyfiyyətsiz olması səbəbindən xəstəliklərin artdığını bildirən müxbir indiyə qədər ordu haqqında eşitdiklərinin əksinə, burada gördükləri mənzərədən şoka düşdüyünü qeyd edib.

S.Tatevosyan reportajının sonunda Ermənistan hakimiyyətinin təsiri altında olan mətbuatın Dağlıq Qarabağda və ordudakı real vəziyyəti ictimaiyyətdən gizlətməyinin və bu kimi hallara ictimai nəzarətin olmamasının erməni xalqı üçün ağır nəticələrə gətirib çıxaracağından narahatlığını da ifadə edib.

Tarix
2016.05.05 / 16:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla