Yuxarı

İrəvanın cəhdi heç bir nəticə verməyəcək – Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın müstəqilliyini tanımaqla Ermənistan danışıqlar prosesini çətinləşdirməyə çalışır, amma bunlar heç bir nəticə verməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında politoloq Oleq Kuznetsov söyləyib. Onun sözlərinə görə, Ermənistan hökumətinin Qarabağı tanıması münaqişədə heç bir mühüm rol oynamır:

"Sənədin parlamentdən keçməsi ehtimalı onun müəlliflərinin müxalifətdən olması ucbatından azdır. Qanun layihəsini Respublika Partiyası hazırlamayıb, müxalifət isə millətçilərdən ibarətdir və Daşnaksütyun Partiyasının siyasi platformasında qalır. O, daha çox terrorçu və ekstremistlərin ideologiyasına yaxın olan radikal millətçilərin mövqeyini ifadə edir. Biz bunu tarixdən yaxşı bilirik. Sözsüz ki, bu situasiya Azərbaycan Ordusunun Dağlıq Qarabağda aprelin əvvəlində qazandığı qələbə ucbatından yaranıb. Qarabağın formal tanınması ilə ümid edilir ki, Qarabağdakı vəziyyətə görə cavabdehlik Ermənistan siyasi elitası – Köçəryan-Sərkisyan klanı üzərindən götürüləcək. O zaman Qarabağ separatçılarının lideri Bako Saakyan rəsmi İrəvanın oyuncağından siyasi fiqura çevriləcək. O isə öz növbəsində müstəqil addımlar ata biləcək. Bununla da İrəvan konfliktin həlli ona sərf etməyən ssenari üzrə getmiş olacağı təqdirdə öz siyasi elitasına təhlükəsizlik yastığı yaratmış olacaq. Digər tərəfdən isə yaranmış çətin situasiyada assimmetrik cavab vermək cəhdi və prosesə yeni oyunçunun gətirilməsi vəziyyəti dəyişməyəcək. Birincisi, Bakı heç vaxt buna getməyəcək. Azərbaycan hökuməti rəsmən bəyan edir ki, müstəqilliyin tanınması Azərbaycan Ordusunun işğal edilmiş əraziləri azad etməsi üçün əlini-qolunu açır. Böyük ehtimalla, Qarabağın müstəqilliyinin tanınması Bakıya müharibəni birtərəfli qaydada başlatmaq imkanı verir. İkinci problem odur ki, bütün bunlar yeni siyasi reallıq yaratmır. Bakı birmənalı şəkildə bu reallığı inkar edir. O, uzun illər böyük səy sərf edərək, Qarabağın danışıqlar prosesinin heç bir sənədində iştirakçı kimi yer almamasına çalışıb. Üstəlik, BMT Təhlükəsizlik Şurasının qətnamələri də bunu inkar edir. Burada Qarabağ problemi Ermənistan-Azərbaycan savaşı kimi göstərilir. Ona görə də Ermənistan Qarabağı tanısa belə, situasiyanı dəyişə bilməyəcək".

Tarix
2016.05.05 / 18:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla