Yuxarı

Zəngəzur da Azərbaycana qaytarılsın - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağın qondarma qurumunun tanınması ilə bağlı qanun layihəsi Ermənistanın və onu himayə edən Minsk Qrupunun növbəti təxribatıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, əgər Minsk Qrupu Ermənistanın bu cür təxribatına reaksiya vermirsə, deməli, onlar əvvəldən də bunu bilirdilər.

O bildirib ki, bu qanun layihəsi Ermənistanın işğalçı olduğunu sübut edən faktdır və ona qarşı təcili sanksiyalar tətbiq edilməlidir.

Millət vəkili hesab edir ki, Azərbaycan özü ilk mərhələdə əzəli torpaqlarımız olan Zəngəzurun Azərbaycana birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlamalıdır: "Azərbaycanın tarixi torpağı olan Zəngəzur qeyri-qanuni olaraq o vaxt Ermənistana verilib. O torpaqların geri qaytarılması haqqında Azərbaycan Milli Məclisi qanun qəbul etməlidir və öz hüquqlarını tələb etməlidir. Çünki bunun hüquqi əsasları var. O torpaqlar Azərbaycanın olub, sonradan qeyri-qanuni yolla Ermənistana verilib. Dağlıq Qarabağın isə Ermənistana heç bir aidiyyəti olmayıb. Çünki Ermənistan özü Azərbaycan torpaqlarında yaradılıb".

B.Əliyev bu təkliflə Milli Məclisdə çıxış etmək niyyətindədir.

Tarix
2016.05.05 / 19:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla