Ana səhifə Planet |
Suriya Prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə 9 May – Qələbə günü münasibəti ilə təbrik məktubu göndərib.
Axar.az xəbər verir ki, Suriya lideri cihadçı qruplaşmaların döyüş meydanına çevrilən Hələb şəhərini Stalinqrada (indiki Volqoqrad – red) bənzədib:
"Stalinqrad Hələb və bütün Suriya şəhərləri üçün qiymətlidir. Suriya təcavüzkarlar məğlub və son zəfər bizim olana qədər döyüşməyə davam edəcək".
Xatırladaq ki, 23 avqust 1942-ci ildən 2 fevral 1943-cü ilə qədər davam edən Stalinqrad döyüşü II Dünya müharibəsi dövründə ən böyük hərbi əməliyyatlardan biri olub. Bu döyüşdə faşist general-feldmarşalı Fridrix Paulus başda olmaqla 6-cı alman ordusunun (300 min əsgər) böyük əksəriyyəti donvurmadan ölüb, 91 min əsgər isə şaxtalara dözməyərək əsir düşüb.
Tarix
2016.05.05 / 22:00
|
Müəllif
Hacı Qulu
|