Yuxarı

İrəvan bu addımla Rusiyaya da qarşı çıxır - Putinin müşaviri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistanın separatçı qurumu tanıya biləcəyinin mümkünlüyü və bunun hansı siyasi və hərbi nəticələr doğuracağı məsələsi rusiyalı nüfuzlu analitiklərin də diqqət mərkəzindədir. Onlardan üçünün mövqeyini təqdim edirik.

"Ermənistan bu məsələyə ciddi şəkildə girişib. Əlbəttə ki, burada alver elementi var. Tam mümkündür ki, Ermənistan Rusiya və ya Azərbaycan tərəfindən hansısa güzəştlərin qarşılığında Dağlıq Qarabağı tanımamağa razı ola bilər".

Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı politoloq, Rusiya prezidentinin səlahiyyətli şəxslərindən olan Sergey Markov Ermənistanın separatçı qurumun "müstəqilliyini" tanımasının mümkünlüyünü "Vesynik Kavkaza" nəşrinə şərh edərkən bildirib.

Bununla belə, politoloq tanınmanı istisna da eləmir. Onun sözlərinə görə, Ermənistan belə davranışı ilə İrəvan üçün əlverişsiz sülh danışıqlarını pozmağa cəhd edir. "Dağlıq Qarabağın tanınması "Kazan formulu" üzrə kompromis variantın imzalanmasını dayandırmaq cəhdidir – hansı formul ki, Dağlıq Qarabağın statusunun uzunmüddətli müzakirəsini də özündə ehtiva edir. "DQR"-in müsətəqilliyini tanımaqla Ermənistan "Kazan formulu"nun bu hissəsindən imtina eləmiş olur və Azərbaycanla Ermənistanın mürəkkəb balansı üzərində qurulmuş variantın tamlığını pozur. Bununla da İrəvan müvəqqəti kompromisi pozur və Bakıya konflikti hərbi yolla həll etmək üçün hazırlaşmaqdan savayı yol saxlamır", – Markov qeyd edib.

Onun qiymətləndirməsinə görə, belə bir addım Moskvanın əleyhinə yönələcək. "Nədən ki, Dağlıq Qarabağın tanınmasında başlıca hədəf Rusiyanın təklif elədiyi "Kazan formulu" üzrə müvəqqəti sülh kompromisindən çıxmaqdır. Demək, bu hərəkət həm də açıq-aşkar anti-Rusiya xarakteri daşıyacaq", – Putinin müşaviri əlavə edib.

"Mənim Ermənistandakı ovqatla bağlı dəqiq informasiyam yoxdur. Amma hər halda tanınma ehtimalı yetərincə yüksəkdir. O ayrı məsələdir ki, İrəvan hakimiyyəti başa düşməlidir ki, o halda situasiya obyektiv olaraq kəskinləşəcək. Başqa yandan, aydındır ki, belə bir şeyə Dağlıq Qarabağda ötən ay baş verən kəskinləşmə stimul yaradıb. Görünür, Ermənistan hakimiyyəti hesab edir ki, onlar bu vəziyyətə hansısa formada, o cümlədən hüquqi xarakterli ölçülər nöqtəyi-nəzərindən reaksiya verməlidirlər". Bunu isə başqa bir tanınmış rusiyalı analitik Sergey Mixeyev deyib.

Lakin Mixeyev o halda Moskvanın reaksiyasının nə olacağını söyləməkdə çətinlik çəkdiyini bildirib: "Məncə, Rusiyanın buna elə böyük reaksiyası olmayacaq. Rusiya Ermənistanın ardınca Dağlıq Qarabağı tanımayacaq. Moskva indi hansı mövqedədirsə, o mövqedə də qalacaq. Ola bilsin ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin kəskinləşməsinin arzuolunmazlığı barədə bəyanat verilsin. Ancaq dəqiq reaksiyanı indidən proqnozlaşdırmaq çətindir".

Politoloq Aleksandr Korovayev də razıdır ki, hazırda Ermənistan siyasi alverlə məşğuldur. "Əlbəttə ki, Bakı bu addımı İrəvanın danışıqlar prosesindən çıxmaq kimi qiymətləndirəcək. Tanınma faktı 20 ildən artıqdır Minsk Qrupu vasitəsilə gedən diskussiyaların üstündən xətt çəkəcək. Minsk Qrupu diplomatların və ölkə rəhbərlərinin timsalında bununla bağlı yumşaq desək, optimizm ifadə eləməyəcəklər, böyük ölçüdə yəqin ki, Ermənistanı mühakimə edəcəklər", – ekspert vurğulayıb.

Onun qənaətincə, bu halda Azərbaycan üçün yetərincə imkanlar sahəsi açılacaq: "Ona görə ki, bir tərəfdən o, danışıqlar prosesində qalıb, Ermənistan kimi onu tərk eləməyib, ikinci yandan isə hərbi üstünlüyə malikdir və üstünlük getdikcə İrəvana daha güclü təzyiq edəcək. Hətta güc tətbiqinin mümkünlüyünün özü təzyiq faktoruna çevriləcək. Dağlıq Qarabağı tanımaq haqda qərar hərbi gücün tətbiqi mümkünlüyü aradan qaldırmayacaq. Başqa sözlə, tanınma Qarabağ düyününü açmayacaq. Bütün məsələ də elə bundadır".

Bundan əlavə, Korovayevə görə, tanınma heç bir halda Dağlıq Qarabağın başqa ölkələr tərəfindən tanınmasına gətirməyəcək. "Ötən illər əzrində erməni diasporunun səylərinə rəğmən, bu aspektdə ciddi heç bir dəyişikliyə nail ola bilməyib. Sakit Okeanın ada dövlətləri və ya Latın Amerikası ölkələri qismində kiçik dünya ölkələrinin rəhbərlərini bundan ötrü yola gətirmək üçünsə Ermənistanın sadəcə, nə diplomatik resursu, nə diasporu, nə də iqtisadi imkanları kifayətdir. Buradan da bir neçə nəticə çıxır: Dağlıq Qarabağın tanınması haqda qanun layihəsi bir tərəfdən şantaj üsuludursa, başqa yandan həm də Ermənistanın bu addıma gedə biləcəyinin hansısa nümayişidir. Və əgər belə bir qərar qəti şəkildə qəbul olunsa, onda birincisi, danışıqlar prosesi mürəkkəbləşsə də, qapanmayacaq. İkincisi isə Azərbaycanın mövqeyi bundan yalnız güclənəcək", – politoloq fikrini yekunlaşdırıb.

Tarix
2016.05.05 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla