Yuxarı

İrəvanda 9 may qorxusu – Azərbaycan hücum etsə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Qarabağla əlaqədar bütün senarilərə hazır olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov partiya icraiyyə komitəsinin iclasındakı çıxışında deyib.

Erməni mediasının yazdığına görə, Şarmazanov Ermənistan cəmiyyətini narahat edən əsas məsələni - 9 may Şuşanın işğal günündə Dağlıq Qarabağ ətrafında Azərbaycanın anti-terror əməliyyatına başlaya biləcəyi barədə xəbəri şərh edib. O deyib ki, hələlik sülh danışıqları başlamayıb, ona görə də hər şey gözlənilir: "Mən hazırda Azərbaycanın planları barədə heç nə deyə bilmərəm".

Qeyd edək ki, artıq bir neçə gündür Ermənistan cəmiyyətində növbəti panika yaşanır. Əksəriyyət düşünür ki, Azərbaycan Şuşanın işğal günündə anti-terror əməliyyatına başlayacaq və BMT qətnamələrinə uyğun olaraq, Azərbaycan ərazisini dərhal və qeyd-şərtsiz tərk etməli olan Ermənistan silahlı birləşmələrinə sarsıdıcı zərbə endirəcək.

BMT qətnamələrində Dağlıq Qarabağ ətrafındakı işğal altında saxlanılan 7 rayondan Ermənistan hərbi qüvvələrinin və digər silahlı ermənilərin dərhal və qeyd-şərtsiz çıxması tələb edilir. 24 ilə yaxındır ki, BMT-nin bu qətnamələri icra edilmir.

Beynəlxalq qanunvericiliyə görə, Azərbaycanın ərazisini işğalda saxlayan ordu qanunsuz silahlı birləşmə hesab olunur və Azərbaycanın bu qanunsuz silahlı birləşməyə qarşı istənilən vaxt anti-terror əməliyyatı keçirmək hüququ var.

Tarix
2016.05.05 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla