Yuxarı

“Azəbaycan bir dəfə qanunları pozacaq, o da...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ohanyan ciddi qəbul edilmir, çünki müstəqil dövlətin naziri deyil. O, nazir kürsüsündə oturan terrorçudur.

Bunu Axar.az-a Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın "döyüş əməliyyatları hər an başlaya bilər" sözlərini şərh edərkən hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu müharibənin qanunlarına əməl etmir və mülki əhalini daim atəşə tutur:

"Ohanyan cinayətkardır və onun əli Xocalıda uşaqların qanına batıb. Seyran Ohanyanın rəhbərlik etdiyi ordu Azərbaycanda mülki əhalini atəşə tutur, uşaqlara, qadınlara, qocalara güllə atır. Müharibənin, hərbin öz qanunları var. Ohanyan və onun ordusu bu qanunların heç birinə əməl etmir. Ohanyan ciddi qəbul edilmir, çünki müstəqil dövlətin naziri deyil. O, nazir kürsüsündə oturan terrorçudur. Qərarları özü vermədiyinə görə onun dedikləri heç bir zaman təsdiqini tapmayıb. Azərbaycan bu gün öz ərazilərini qoruyur və dəfələrlə Ermənistan ordusunun hücumlarının qarşısını alıb, onları geri oturdub. İndi də bu proses davam edir. Atəşkəsi həmişə Ermənistan pozur. Azərbaycan isə bircə dəfə, BMT və beynəlxalq qanunlar çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün pozacaq. Ohanyan isə məhkəmə qarşısında bir cinayətkar, cani kimi cavab verəcək".

Qeyd edək ki, ötən gün Ohanyan təmas xəttində vəziyyətin gərgin olduğunu və döyüş əməliyyatlarının hər an başlaya biləcəyini açıqlayıb.

Tarix
2016.05.06 / 09:00
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla