Yuxarı

Milli Məclis Türkiyə ilə viza məsələsini müzakirəyə çıxardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan arasında viza sistemi ya ləğv olunmalı, ya da vizada nəzərdə tutulan müddət uzadılmalıdır.

APA-nın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Azərbaycan hökuməti ilə Rumıniya hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında sazişin təsdiq edilməsi barədə müzakirələrdə çıxışı zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S. Novruzov bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:

"Son hadisələr də bunu göstərdi ki, Türkiyə həmişə Azərbaycanı dəstəkləyir".

S. Novruzov qeyd edib ki, xüsusən 3 aylıq vizadan Naxçıvan əhalisi əziyyət çəkir:

"Türkiyədə işləyən Naxçıvan sakini 3 aydan bir Naxçıvana geri qayıtmalıdır. Belə çıxır ki, işlədiyini də yol xərcinə verməlidir. Heç olmasa, ilkin mərhələdə Naxçıvan sakinləri üçün bu viza sistemi ləğv olunmalıdır".

Sədr Oqtay Əsədov isə bildirib ki, Türkiyə və Azərbaycan arasında viza məsələsi ilə bağlı iş gedir.

Tarix
2016.05.06 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla