Yuxarı

İsrailli ekspert: “DQR” terror yuvasıdır” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına cəhd Ermənistanın növbəti təxribatıdır.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Qafqaz üzrə ekspert, İsrailin Hayfa Universitetinin alimi Arye Qut deyib.

Onun sözlərinə görə, "Dağlıq Qarabağ Respublikası" Ermənistan tərəfindən yaradılmış separatçı terror yuvasıdır:

"Ermənistan geosiyası və iqtisadi cəhətdən Kremlin ambisiyalarından asılıdır. Moskva Ermənistanın təkbaşına qərar verməsinə razı olmayacaq. Ermənistan Qarabağın müstəqilliyini tanıyarsa, özü münaqişəni qızışdırmış olacaq. Bu isə beynəlxalq hüququn norma və prinsiplərinə, sülh prosesinə hörmətsizlik hesab ediləcək. Eyni zamanda, Sərkisyan rejiminin terror mahiyyətini göstərəcək, onun beynəlxalq hüququ yalnız bir kağız parçası hesab etdiyini ortaya qoyacaq".

Ekspert Ermənistanın Xocalıda günahsız insanları öldürdüyünü növbəti dəfə xatırladıb:

"Xocalı şəhəri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə mərhələlərindən biridir. Xocalıda mülki insanlar, qocalar, uşaqlar, qadınlar öldürüldü. Onların hamısı günahsız insanlar idi. Ermənistanın terrorçu rejiminin bu kimi növbəti qanlı əməl törətməsinin qarşısını almaq üçün xarici jurnalistləri tez-tez hərbi əməliyyatların getdiyi bölgələrə aparmaq lazımdır".

Qeyd edək ki, aprelin 29-da Azərbaycan XİN-in təşkilatçılığı ilə xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət 45 nəfərlik qrup cəbhə bölgəsinə səfər edib. Onların arasında Arye Qut da olub.

Tarix
2016.05.06 / 14:22
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla