Yuxarı

Şok: 6 ilin gəlini qaçırıldı – Naxçıvanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda 6 ilin gəlini Əliyeva Qəndab Mahir qızı başqa bir kişi tərəfindən qaçırılıb.

Axar.az xəbər verir ki, bu barədə zərərçəkmiş şəxsin bacısı Günay Əliyeva məlumat verib.

Onun sözlərinə görə, hadisə mayın 3-də baş verib:

"Bacımı Rəhim Mirzəyev adlı şəxs qaçırıb. Rəhim ruhi xəstədir, narkomandır. Bacımı zorla qaçırıb, onu övladını öldürməklə hədələyirdi. Bacımı onun ərinə görə qaçırıb. Rəhimin bacımın həyat yoldaşı ilə problemi olub. Ona görə də qisas almaq məqsədilə bacımı qaçırıb, telefonunu da qırıb, heç birinə zəng çatmır. Bacımın ölü və ya diri olmağından xəbərim yoxdur", - G.Əliyeva deyib.

Qaçırılan gəlinin bacısı Big.az-a açıqlamasında R.Mirzəyevin axtarışa verildiyini öyrənən kimi Bakıya qaçdığını deyib:

"Onu hər yerdə axtarırlar. Bacımın 2 yaşlı balası var. Ağlayır, anasını istəyir, sakitləşdirmək mümkün deyil. Anam bunu eşidən kimi infarkt keçirib. Rəhimin atası deyir ki, oğlum ruhi xəstədir, bacıma xəsarət yetirə bilər. Ona görə də təcili tapılmalıdırlar".

G.Əliyeva Rəhim Mirzəyevin fotolarını paylaşaq onları görənlərdən 050 893 87 33 nömrəsi ilə əlaqə saxlamalarını xahiş edib.

Tarix
2016.05.06 / 14:45
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla