Yuxarı

Səfirin cəbhə təəssüratı: "Silah səsləri olmasa..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cəbhə xəttində azərbaycanlı qardaşlarımıza dəstək ifadə edirik. Aprelin əvvəlində döyüşlər zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm.

Report xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri ilə birgə cəbhə xəttinə səfər edən Türkiyənin fövqəladə və səlahiyyətli səfiri İsmail Alpər Coşqun jurnalistlərə bildirib.

O qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan səfər məqsədəuyğundur: "Biz mülki şəxslər və diplomatlar olaraq burada nələrin baş verdiyini anlamağa çalışırıq. Burada gördüklərimiz isə çox təsirlidir, insanı dərindən yaralıya biləcək vəziyyətdədir. Bu yerlərdə silah səsləri olmasa, təkcə eşidilən quş səsləridir. Bu torpaqlar yam-yaşıl və bərəkətli torpaqlardır. Burada yaşayanlar bütün insanlar kimi sülh və əmin-amanlıq şəraitində yaşamalıdırlar. Amma biz bu gün burada mülki şəxslərə necə təcavüz olduğunu gördük. Mərmi düşdüyü üçün evlərini tərk etməyə məcbur olan sakinlərlə görüşdük və bu təcavüzləri bir daha onların dilindən eşitdik. Bu işğal vəziyyətinə son qoyulmalıdır. Azərbycan torpaqları ən qısa zamanda ərazi bütövlüyü çərçivəsində geri qaytarılmalıdır", - səfir qeyd edib.

Tarix
2016.05.06 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla