Yuxarı

İlham Quliyevdən böyük uğur - Türkiyədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kənd təsərrüfatı nazirinin müvani İlham Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 4-6 may 2016-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 30-cu Regional Konfransında iştirak etmək məqsədilə Türkiyədə səfərdə olub.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, konfransın gündəliyinə təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün növbəti iki il üzrə əsas fəaliyyət istiqamətlərinin, prioritetlərin müəyyən edilməsi və 2016-2017-ci illər üzrə İş Proqramı və Büdcə layihəsinin müzakirə edilməsi, həmçinin FAO-nun region üzrə desentralizasiya siyasəti (ölkə ofisləri) üzrə debatların aparılması daxil edilib.

İ.Quliyev FAO-nun Avropa üzrə 30-cu Regional Konfransının sədr müavini seçilib.

Nazir müavini konfrans çərçivəsində 4 may tarixində keçirilmiş "Davamlı İnkişaf Məqsədləri və onların Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına təsiri" və "2016-cı il Paxlalı Bitkilərin Beynəlxalq İli zəminində Avropa və Mərkəzi Asiyada balanslaşdırılmış qidalanma və sağlam ərzaq sistemlərinin yaxşılaşdırılmasında paxlalı bitkilərin rolu" mövzularında nazirlərin "dəyirmi masa"sında iştirak edib və mövzu ilə əlaqədar çıxış edib.

Mayın 5-də BMT-nin FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə Azərbaycan nümayəndə heyətinin görüşü olub.

Görüşdə baş direktor Azərbaycan hökuməti ilə FAO arasında əməkdaşlığın daha da gücləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyini xüsusi vurğulayıb.

J.Silva FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin açılmasını və Tərəfdaşlıq Proqramının yaradılmasını əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulması kimi qiymətləndirib və bu işdə Azərbaycan hökumətinin, xüsusilə Kənd Təsəsrüfatı Nazirliyinin dəstəyini yüksək dəyərləndirib.

İ.Quliyev ölkədə aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların verdiyi müsbət nəticələrdən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışıb. Baş direktor FAO ilə Azərbaycan arasında Cənub-Cənub əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən Azərbaycanlı mütəxəssislərin iştirakı ilə regionda Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olunmasının dəstəklənməsi məqsədilə Azərbaycanın aqrar sahədə əldə etdiyi uğurlu təcrübələrin başqa ölkələrdə tətbiqinin vacibliyini qeyd edib.

Nümayəndə heyəti Regional Konfrans həftəsi çərçivəsində regionun üzv ölkələrindən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin etmək məqsədilə keçirilən bir sıra paralel tədbirlərdə iştirak edib.

Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya Regionuna daxil olan 54 üzv ölkəsinin, Avropa Komissiyası kimi üzv təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Bununla yanaşı, BMT-nin digər təşkilatları, bir sıra hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatları müşahidəçi qismində tədbirə qoşulub.

Tarix
2016.05.06 / 18:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla