Yuxarı

Ermənilər indi də Xeyməyə göz dikdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər çox miflər yaradıblar. İndi də Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xeymə şəhərinin əsasının onların ulu babaları tərəfindən qoyulduğunu iddia edirlər.

Axar.az xəbər verir ki, ermənilərin elektron informasiya resurslarında bununla bağlı gen-bol xəbərlər yayılır. Guya sonradan Ras əl-Xeymə adlandırılan Culfar ərəb deyil, erməni sözüdür, şəhəri də ermənilər salıb. Guya onların ulu babaları hələ 14-cü əsrdən əvvəl monqol hücumlarından canlarını qurtararaq İsfahanın Culfa adlı məhəlləsindən qaçıb, indiki Ras əl-Xeymə şəhərinin ərazisində məskunlaşıb və orada Culfar şəhərini salıblar.

Görün, ermənilər heç bir tarixi, linqvistik, coğrafi əsası olmayan bu sərsəm iddialarının sübutu üçün nəyə istinad edirlər: guya Şarcə əmiri televiziya kanalında yayımlanan bir verilişə zəng edərək belə deyib.

AzərTac-ın əməkdaşı Şıxəli Əliyev ərəb mətbuatını və müvafiq mənbələri araşdıraraq həqiqəti üzə çıxarmağa çalışıb. Əslində ermənilərin tarixi növbəti dəfə saxtalaşdırmaları göz qabağındadır. Belə ki, İsfahanda farsca Nov Culfa (Yeni Culfa) kimi tanınan yaşayış məskəni Səfəvi hökmdarı Şah Abbas dövründə salınıb (1603-1604-cü illər). Şah Abbas müəyyən təhlükəsizlik məqsədləri ilə təbəələri olan bəzi xalqların, o cümlədən türk xalqlarının və ermənilərin nümayəndələrini ölkə daxilində bir yerdən digərinə köçürmüşdü.

Monqolların İsfahana hücumu isə 1226-cı ildə baş vermişdi. Bu iki tarix arasındakı fərqə diqqət yetirin: 1603-cü il və 1226-cı il. Arada nə az-nə çox, düz 377 il fərq var. Belə olan təqdirdə monqol istilasından təxminən üç əsrdən də çox sonra İsfahanda salınmış bir yaşayış məskəninin erməni sakinləri BƏƏ-dəki qədim bir şəhərin əsasını necə qoya bilərdilər?! Digər tərəfdən, ermənilər İsfahandakı sözügedən yaşayış məntəqəsini öz dillərində Nor Cuğa adlandırırlar. Nor Cuğa hara, Culfar hara?!

Bəzi məşhur orta əsr ərəb mənbələri üzərində ötəri araşdırma apardıqda görmək olur ki, Culfar (yaxud Curfar) adında yaşayış məskəni ermənilərin iddia etdikləri tarixdən çox-çox əvvəl mövcud olub (əl-Məqdisi (miladi 990), əl-Qahirə, Mədbuli, 1991, Əhsən ət-Təqasim fi mərifətil-əqalim, s.71 əl-İdrisi (miladi 1160), Nuzhətul-Muştaq fi ixtiraq əl-Afaq, Qahirə, 2002, 1-ci cild, səh 150, 158, 162; Yaqut əl-Həməvi (miladi 1225), Mucəm əl-Buldan, Beyrut, 1993, 2-ci cild, s.154 və s.)

Coğrafi məsafə baxımından da bu, mümkünsüz görünür. İsfahandan uzaqlarda, Fars körfəzinin sahilində yerləşən, sərt səhra iqliminə malik bu ərazi o vaxt ermənilər üçün niyə belə cəlbedici görünüb?! Təbii ki, bu sualın da heç bir ağlabatan cavabı yoxdur.

Birləşmiş Ərəb Əmirliklərinin, xüsusilə də Şarcə əmirliyinin tarixində oynadığı rol nəzərə alınaraq Culfarın ərazisində çoxsaylı arxeoloji qazıntılar aparılıb. Bu zaman məscid binasının qalıqları və məişətdə istifadə edilən bəzi qədim əşyalar aşkarlanıb (G.R.D. King, Excavations by the British team at Julfar, Ras al-Khaimah, United Arab Emirates: interim report on the first season (1989), Proceedings of the Seminar for Arabian Studies, vol 20, 1989, pp.79-93).

Nə əcəb xarici arxeoloji ekspedisiyalar Culfarda xaçdaşa, yaxud erməni kilsəsinin qalıqlarına rast gəlməyib? Görünür, həmin yerin "ilk sakinləri" hələ orada xaçdaş basdırmağa macal tapmayıblar.

Tarix
2016.05.06 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla