Yuxarı

Polkovnik ermənilərlə bağlı gürcülərə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ehtiyatda olan polkovniki gürcü xalqına müraciət edib.

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Adil Həsənov APA-ya göndərdiyi müraciətdə qardaş gürcü xalqını ermənilərin bu fitnələrinə uymamağa çağırıb.

"Mən Gürcüstanda doğulub boya-başa çatmışam. Qəhrəman, igid, mərd, qonaqpərvər gürcü xalqı, tarixi və gürcü mədəniyyəti ilə yaxından tanışam və özümə doğma bilirəm. Odur ki, orada baş verənlərlə daim yaxından maraqlanıram. Bu günlərdə Cavaxetiya bölgəsində erməni separatçılarının qondarma erməni soyqırımı ilə bağlı keçirdiyi aksiya və orada baş verən insidentlər məni çox narahat etdi. Bu birinci hal deyil ki, Cavaxetiyada məskunlaşan ermənilər tərəfindən, onlara isti yuva vermiş və hərtərəfli qayğı ilə əhatə etmiş gürcü xalqına qarşı belə separatçı iddialar irəli sürülür.

Acınacaqlı odur ki, Gürcüstanda məskunlaşan və özlərinə gözəl yaşayış tərzi quran ermənilər, faşist ideologiyasına xas olan məşəlli yürüş keçirərək, ictimai asayişin pozulmasına rəvac verməklə yanaşı, sosial şəbəkələrdə Gürcüstanın dövlət quruluşuna, milli təhlükəsizliyinə zidd olan, eyni zamanda gürcü xalqını təhqir edən, konstitusiyasına hörmətsizlik nümayiş etdirən şərhlərin yayılması ilə də mütəmadi məşğul olurlar.

Gürcüstanı, qardaş gürcü xalqını sevən və çoxlu gürcü dostları olan bir insan kimi onları ermənilərin bu fitnələrinə uymamağa, diqqətli olaraq vaxtında qarşısının alınmasına çağırıram. Əks halda bu, gələcəkdə qardaş Gürcüstanın dövlətçiliyinə ciddi təhdid təşkil edərək orada da Dağlıq Qarabağda olduğu kimi separatçı münaqişənin alovlanmasına səbəb ola bilər".

Tarix
2016.05.06 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla