Yuxarı

İrəvanın bu mövqeyi müharibə deməkdir - Belyayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni siyasi hakimiyyətinin növbəti cəhdi Dağlıq Qarabağdakı separatçı rejimin tanınması prosesinə start vermək oldu. Bu dəfə Ermənistan daha irəli getdi. Layihəyə müsbət qiymət verərək onu cəbhə bölgəsində baş verəcəklərdən və beynəlxalq rəydən asılı vəziyyətdə saxladı.

Axar.az Vesti Kavkaza-ya istinadən xəbər verir ki, bu açıqlama ilə rus politoloq Mixail Belyayev çıxış edib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin 10 maya təyin olunan növbədənkənar iclası zamanı qanun layihəsinə baxılmayacaq:

"Ayın 5-i hakimiyyət bunun əksini iddia edirdi. Lakin bu təşəbbüsdə rəsmi Kreml də mühüm rol oynaya bilərdi. Rusiya prezidentinin mətbuat xidməti Dmitri Peskovun məsələyə münasibətinin baş verənlərdə böyük rolu var.

Bu, danışıqlar prosesi üçün nəsə məna kəsb edirmi? İlk növbədə qeyd etmək lazımdır ki, rəsmi danışıqlar prosesi onsuz da ölüb. Çünki Ermənistan prezidenti münaqişənin sülh yolu ilə həll olunması üzərində işə baxılması üçün əlavə "təhlükəsizlik zəmanəti" tələb edir. Əlbəttə, bu, pərdəarxası danışıqlar prosesinin aparılmasına mane olmayacaq. Aprel ayından rəsmi Moskvanın fəallığı buna sübutdur.

İrəvan öz mövqelərində möhkəmlənə bilmədiyinə görə Dağlıq Qarabağa müstəqillik verilməsi iddiasını qaldırdı. Lakin buna da nail ola bilmədi, çünki Ermənistanın diplomatik və hərbi-siyasi potensialı buna imkan vermir.

Yəqin ki, Ermənistan tərəfi asılı vəziyyətdə olan qanun layihəsini cəbhədə Azərbaycanın qarşısını alacaq amil kimi qiymətləndirir. Bu isə İrəvana status-kvonu saxlayaraq danışıqlar prosesini tormozlamağa kömək edəcək.

Məlum olduğu kimi, Minsk Qrupunun həmsədrləri və ATƏT-in alman nümayəndəliyi tərəflər arasında tam sülhə nail olmaq istəyir. Lakin aprel döyüşlərindən sonra hər iki tərəfin status-kvonun qəbuledilməzliyində tam konsensusu müşahidə olunur.

Cəbhə bölgəsində yaranacaq daha bir qarşıdurma xüsusilə ciddi forma alacaq. İrəvanın məntiqi ilə bu, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə nəticələnəcək. Lakin məhz bu addım onsuz da qızışmaqda olan qarşıdurmanı tammiqyaslı müharibəyə çevirəcək. Yeri gəlmişkən, bu, Rusiyanın Cənubi Qafqaz maraqlarına uyğun gəlmir.

Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyinə nail ola bilməsə, onda hazırkı hakimiyyət xalqın önündə öz maraqlarını millətin maraqlarından üstün tutan, "Dağlıq Qarabağ Respublikası" isə xalqın gözündə yalan blef olacaq.

Beləliklə, İrəvanın özünün yaratdığı mövcud vəziyyət Ermənistan hökuməti üçün yaxın perspektivdə başağrısı olacaq.

Ortamüddətli perspektivdə cəbhədə vəziyyətin növbəti dəfə kəskinləşməsi ilə əlaqədər "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi aktuallaşarsa, erməni hökumətinin və hakim partiyanın manevr üçün imkanları minimal olacaq.

Tarix
2016.05.07 / 14:50
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla