Yuxarı

Xocavənddə mitinq: Ermənilər Saakyana qarşı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda narkotik qaçaqmalçıların rəhbəri olan "prezident" Bako Saakyan və "müdafiə naziri" Levon Mnaçakanyan əleyhinə böyük mitinq keçirilib.

Axar.az xəbər verir ki, Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçiləri aksiyanın Xocavənd rayonunun Hadrut qəsəbəsində baş tutduğunu yazıb.

Mitinqə səbəb içərisində narkotikin daşındığı yük avtomobilinin qəza törətməsi və narkoticarətin yerli əhali tərəfindən ifşa olunmasıdır. Yük maşınının sürücüsü narkotikin Qarabağ "rəhbəri" və "müdafiə naziri"nə aid olduğunu bildirib.

Mitinq iştirakçıları B.Saakyan və L.Mnaçakanyanı satqın adlandıraraq onları xalqa xəyanət etməkdə və cəbhədə ağır vəziyyətin davam etdiyi bir vaxtda narkotik biznesi ilə məşğul olmaqda ittiham ediblər.

Qeyd edək ki, Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən narkotik vasitələrin əkilib-becərilməsi, həmçinin, daşınması üçün istifadə edir.

Tarix
2016.05.07 / 15:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla