Yuxarı

Azərbaycan sabah hücuma keçə bilər – Erməni diplomat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşanın işğal günündə Azərbaycan Ordusunun hücuma keçəcəyi barədə Ermənistanda olan mövcud panikaya erməni diplomat da qoşulub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, diplomat Armen Navasardyan Dağlıq Qarabağdakı qondarma rejimin tanınmasının birmənalı olmayan nəticələrini xatırladıb, bununla bərabər, əlavə edib ki, hərbi əməliyyatların bərpası mümkünlüyü tanınma ilə əlaqələli deyi:

"Beynəlxalq güclərin reaksiyasını nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, Moskva tanınma prosesinə dəstək vermir, ABŞ susur, Türkiyə isə məsafə saxlayır. Azərbaycan hərbi əməliyyatlara başlaya bilər – o cümlədən də 8-9 mayda. Ancaq bu, Qarabağın tanınması ilə əlaqədar deyil" – erməni diplomat vurğulayıb.

Xatırladaq ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayondan erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə BMT-nin 4 qətnaməsi, o cümlədən AŞPA-nın işğalla bağlı mövqeyi var. Beynəlxalq qanunvericiliyə görə, Azərbaycanın işğal olunmuş ərazisindəki erməni ordusu qanunsuz silahlı birləşmələr sayılır və Azərbaycan bu qanunsuz silahlı birləşmələrə qarşı istənilən vaxt anti-terror əməliyyatı keçirmək hüququnu özündə saxlayır.

Tarix
2016.05.07 / 17:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla