Yuxarı

Krediti ödəməyənlərin cəzası ağırlaşdı - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreditor borclarını ödəməkdən qəsdən yayınma ilə əlaqədar cərimələrin miqdarı artırıldı. Cinayət Məcəlləsinin 20-dən artıq maddəsinə edilmiş dəyişikliklərdən biri də kreditor borclarla bağlıdır. Dövlət iş adamlarının sahibkarlıq fəaliyyəti ilə daha rahat məşğul olmaları üçün şans yaratdı.

Xəzərxəbər-in məlumatına görə, təşkilat rəhbəri və ya vətəndaşın qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, qəsdən müflisləşmə və digər hüquqpozmalara görə vurduğu ziyanın miqdarı min manatdan artıq olduqda, o, cinayət məsuliyyətinə cəlb olunurdu. Yeni dəyişikliklərə əsasən bu məbləğ əhəmiyyətli dərəcədə artırlıb.

Külli miqdar həddi yüz min manatla müəyyən olunub. Millət vəkilinin sözlərinə görə, sanksiyalarda konkret məbləğlər deyil, vurulmuş ziyanın müvafiq mislinə uyğun cərimələr müəyyən edilib. Xeyli miqdarla bağlı ziyanın 2-4 misli, külli miqdarda olduqda isə 3-5 misli məbləğində cərimələr müəyyən edilir.

Qanun cari ilin 1 iyundan qüvvəyə minəcək. Qanunun qüvvəyə minməsi ilə hazırda bu maddələr üzrə barələrində cinayət işlərinin istintaqı gedən şəxslər və məhkum edilmiş şəxslər məsuliyyətdən azad ediləcəklər.

Xatırladaq ki, bir neçə gün öncə qanunvericiliyə təklif edilən bu dəyişikliklər mediada da müzakirə edilmişdi.

Tarix
2016.05.07 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla