Yuxarı

Səhv etdim... - Orucov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük dəbilqə" dünyanın ən güclü yarışlardan biridir. İştirak etmək üçün 72 ölkə gəlmişdi. Hər kəs olimpiadaya lisenziya xalı götürmək üçün burda idi.

Report-un məlumatına görə, bunu Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirində bürünc medal qazanmış Rüstəm Orucov deyib.

73 kq çəkidə mübarizə aparan R.Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya verən turnirdəki çıxışından söz açıb: "Son iki yarış olimpiadaya lisenziya xalı qazandırır. Düzdür, finala çıxmaq alınmadı. Ukraynalı Dmitro Kanivetslə görüşdə bir balaca səhv etdim. Ancaq inanıram ki, bundan sonrakı yarışlarda daha yaxşı nəticə qazanacam".

O, qarşıdakı yarışlarda iştirak edib-etməyəcəyinə də aydınlıq gətirib: "Qazaxıstanda keçiriləcək yarışı buraxacam. Çünki məşq edib fiziki göstəricimi artırmalıyam. Amma Meksikada olacaq turnirdə çıxış edəcəm".

Brünc medalçı Rio-2016-dan da danışıb: "Əvvəlcədən nəsə demək olmur. Cüdo elə bir idman növüdür ki, hər saniyə istənilən nəticə ola bilər. Amma əlimdən gələni edəcəm ki, medal qazanım".

Tarix
2016.05.08 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla