Yuxarı

Hakimiyyətin başını kəsmək lazımdır - Asatryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq baş bankiri, iqtisadçı Baqrat Asatryan Dördgünlük müharibədən sonra ölkədəki ağır ictimai-siyasi və sosial-iqtisadi durumu təhlil edib.

Musavat.com-un məlumatına görə, 1 in.am portalına müsahibəsində o, mövcud durumun əsas səbəbi kimi Ermənistandakı korrupsioner-kriminal rejimin varlığını göstərib.

Dördgünlük savaşın dərslərindən söz açan ekspert öncə Prezident Serj Sərkisyanın generalları işdən azad eləməsinə münasibət bildirib:

"Bu, günah keçisi axtarmağa bənzəyir. Çünki ölkədəki problemlər sistemli xarakter daşıyır. Bu sistem isə artıq köhnəlib, işləmir. Mən hərbi strukturlarla az təmasda oluram, ancaq hər dəfə tox generalların simasını görürəm. Artıq buna dözmək mümkün deyil. Biz hamımız yaxşı bilirik ki, əsgərin çörəyi, təhlükəsizliyi simvolikdir, hamımız bilirik ki, bizim sistemimiz kimi, hamı korrupsiyalaşıb".

Onun sözlərinə görə, bu üzdən Ermənistanda ilk növbədə siyasi sistem dəyişməlidir:

"İqtisadiyyat haqda deyilənlərin hamısı siyasi həyata da aiddir. Bu sahədə də mütləq monopoliya mövcuddur: hakimiyyəti qəsb edən qüvvə yaxına heç kimi buraxmır. Bilirik ki, ölkədə seçkilər zoraqkılığın, gücün, "məhəllə uşaqlarının", pulun hesabına keçirilir. Yəni siyasi mühitdə rəqabətlilik istisnadır. Ən böyük rüsvayçılıq isə bizim parlamentdir. Belə prinsiplərlə formalaşan parlament lazım deyil. Onun əsasında da korrupsiya, pul dayanır. Əks halda başa düşmək olmur ki, heç bir iş görməyən, heç nə etməyən konkret adamlar orada necə peyda olub. Ölkədə piramida sistemi qurulub. Bu sistemdə də yalnız bir nəfər fikirləşə bilər, qalanlarının düşünmək hüququ yoxdur. Bizim problemimiz var, lakin birinci şəxs onlar haqda danışmasa, başqalarının danışması məqbul sayılmır".

Sabiq baş bankir daha sonra deyib: "Biz indi başa düşmüşük ki, Ermənistan Respublikasının adını gözdən salmışıq. Biz hətta aşkar hallarda öz səsimizi də itirmişik. Hətta Dördgünlük müharibədən sonra da hakimiyyətin problemlərə münasibəti dəyişməyib. Ona görə ki, hakimiyyətin özü dəyişməyib. Yadıma gəlmir ki, o günlərdə hansısa məmur əsaslı və dəqiq bir bəyanat versin. Onların hamısı gözləyirdi ki, görək birinci şəxs nə deyəcək. Halbuki, bizim parlamentimiz, hökumətimiz var, onların hər biri müdaxilə eləməli idi. Ancaq cınqırları da çıxmadı".

"Cip" generalları təcili getməlidir. Prioritet bu olmalıdır. Biz addımbaaddım bu qənaətə gəlirik ki, bizdə ən zəif yer "baş"dır. Mövcud siyasi sistemin başını əməliyyat və amputasiya eləmək lazımdır", - Asatryan vurğulayıb.

Onun sözlərinə görə, Dördgünlük savaş erməni cəmiyyəti üçün dərs olmalıdır: "Cəmiyyət tələb qoymalı və dəyişikliyə getməlidir. İndiki sistem əhalinin yalnız 2%-nə xidmət edir. Bu sistem sadə vətəndaşlar üçün deyil. Öz gündəlik qayğıları ilə yaşayan sadə vətəndaşlar özləri öz problemlərinin həllini tapmağa çalışırlar. Əsas həll yolu da - emiqrasiyadır. İstənilən vətəndaşdan soruşun, deyəcək ki, vəziyyət pisdir. Ermənilər indiki kimi heç vaxt kasıb olmayıblar".

"Bizim iqtisadiyyat çox zəifdir. Kobud müqayisə aparacağam: deyirlər ölən adamın bədən temperaturu dəyişmir. Biz məhz belə bir mühitə uyğun gəlirik, çünki bizim iqtisadi vəziyyətimiz elədir ki, heç bir dəyişikliyi büruzə vermir. Əgər hansısa ölkədə bizdəki kimi təlatümlər olsaydı, mütləq iqtisadiyyatda nəticələri olardı. Bizim iqtisadiyyat isə o dərəcədə daralıb, rəqabət üçün, liberal imkanlar üçün o dərəcədə imkansız hala gəlib ki, belə dəyişikliklər baş vermir. Ermənistanda yalnız balaca bazar qanunları işləyir. Bu qanunlar isə bazar qanunlarından ciddi şəkildə fərqlənir", – sonda iqtisadçı əlavə edib.

Tarix
2016.05.08 / 14:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla