Yuxarı

Şuşalı VHP-çilər toplandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Şuşa rayon təşkilatının sayca IV konfransı keçirilib.

VHP mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, konfrans dövlət himninin oxunması ilə işə başlayıb, şəhidlərin xatirəsi yad edilib.

Təşkilat sədri Ofelya Rəşidqızı çıxışında bildirib ki, bu gün Şuşanın işğalından 24 il ötür: "Biz 24 ildir ki, vətəndə didərgin həyatı yaşayırıq. Rayonumuz düşmən tapdağı altındadır, şəhidlərimizin ruhları inildəyir, biz də vətən həsrəti ilə alışıb yanırıq. Ağəbəyin xanım Qarabağ həsrəti ilə qürbətdə əzablar çəkdiyi kimi, biz də 24 ildir ki, Şuşa həsrəti ilə qovruluruq. Özümüz kimi təşkilatımızın üzvləri də 15 müxtəlif rayonda yaşayırlar, bu da bizim normal fəaliyyətimizə mane olur. Öz rayonumuzdan aralıda didərgin formada fəaliyyət göstərsək də, üzvlərimiz fəaldır və işinin öhdəsindən də gəlməyə çalışır".

NTK sədri Vüsalə Həsənova hesabat məruzəsində bildirib ki, təşkilatın seçkili orqanları vaxtaşırı öz yığıncaqlarını keçirib, Nizamnamə tələblərinə uyğun işini qurub.

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən siyasi proseslər, partiyanın qurultay hazırlıqlarından danışıb, Siyasi Şura üzvü Aygün Qurbanlı isə partiyanın fəaliyyəti, qarşısında duran vəzifələr barədə məlumat verib. Konfrans iştirakçılarından Sona Qurbanova, Şahanə Həsənova, Süleyman Hüseynzadə və digərləri də çıxış edərək təşkilatın fəaliyyəti ilə bağlı təkliflər irəli sürüblər.

Sonda təşkilati məsələlərlə bağlı səsvermə keçirilib. Ofelya Rəşidqızı yenidən VHP Şuşa rayon təşkilatının sədri seçilib, 15 nəfər Məclis üzvü, 3 NTK üzvü və partiya qurultayına 11 nəfər nümayəndə müəyyənləşib.

Tarix
2016.05.08 / 19:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla