Əsgər Namiq Abbasovu Fəxri Xiyabana buraxmadı, o isə...
14:04
Ana səhifə Planet |
Əgər Nüsrə Cəbhəsi bizim təşkilatdan ayrılmaq istəsə, buna etiraz etməyəcəyik.
Axar.az xəbər verir ki, bu, Əl Qaidə terror təşkilatının lideri Ayman Zəvahirinin yayımladığı yeni səs yazısında yer alıb.
"Bir çoxları Nüsrə Cəbhəsi ilə Əl Qaidə arasında fikir ayrılığı olduğunu düşünür. Əgər insanlar öz liderlərini seçsə, təşkilatımız İslam ümmətinin böyük ümidlərinə əngəl olmayacaq", - Zəvahiri bildirib.
"Əl Cəzirə" kanalı isə Zəvahirinin bu sözlərini Nüsrə Cəbhəsinin Əl Qaidədən ayrılmasına icazə kimi qiymətləndirib.
Qeyd edək ki, 45 minə yaxın döyüşçüsü olan Nüsrə Cəbhəsi 2013-cü ildə Əl Qaidəyə biət edib.
Tarix
2016.05.08 / 21:25
|
Müəllif
İlham Sahiloğlu
|