Yuxarı

"DTX bütün vəzifələri yerinə yetirə bilər"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həyata keçirilən islahatlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlət təhlükəsizliyi məktəbinin ənənələrini yaşatmağa, bu ənənələri yeni dövrün tələblərinə və milli dövlətçilik prinsiplərinə uyğun şəkildə daha da zənginləşdirməyə imkan verəcək. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlət və cəmiyyət qarşısında cavabdehliyini və məsuliyyətini dərk edir və bu sahədə üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə şərəflə yerinə yetirmək əzmindədir".

Report xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev özünün "Azərbaycanda dövlət təhlükəsizliyinin təmin olunması Ulu Öndər Heydər Əliyev ənənələrinə əsaslanır" adlı məqaləsində qeyd edib.

H.Əliyevin doğum gününə həsr edilmiş məqalədə M.Quliyev yazır: "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində Heydər Əliyevin əks-kəşfiyyat sahəsindəki peşəkarlığını əyani olaraq təsdiqləyən çoxsaylı sənədlər saxlanılır. Vaxtilə xarici xüsusi xidmət orqanlarının respublikamızda planlaşdırdığı və həyata keçirməyə çalışdığı kəşfiyyat-pozuculuq tədbirlərinin qarşısının alınması, agentura və casusluq fəaliyyətinin aşkar edilməsi məqsədilə onun iştirakı və rəhbərliyi ilə bır sıra uğurlu və mükəmməl əməliyyatlar həyata keçirilib, bu əməliyyatlarda əldə edilən təcrübə SSRİ-nin digər təhlükəsizlik orqanlarında öyrənilib və geniş tətbiq edilib".

M.Quliyev vurğulayıb ki, bu gün Azərbaycanın xüsusi xidmət orqanları Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimizin təhlükəsizliyinin, vətəndaşlarımızın hüquq və azadlıqlarının, ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində üzərinə düşən məsul vəzifələri layiqincə davam etdirir.

Tarix
2016.05.09 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla