Yuxarı

Şuşanın işğal səbəbləri - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az ANS-in Qızıl Fondunun 1992-ci ildə Şuşanın işğalından sonrakı vəziyyət və şəhərin işğal olunma səbəblərindən bəhs edən videomaterialını təqdim edir. Reportaj Vahid Mustafayev tərəfindən hazırlanıb.

Reportyor Şuşanın işğal edilməsi ilə nəticələnən ağır döyüşlərdən sonra yorğun və üzgün olan polkovnik-leytenant Cahangir Cahangirovdan Şuşanın işğalı haqqında fikirlərini soruşub.

Polkovnik-leytenant ermənilərin ağır artilleriyalardan istifadə ilə BMP və çoxlu sayda tanklarla hücuma keçdiklərini, 3 saat ərzində Kosalar kəndindən başlayaraq şəhərin güclü atəşə tutulduğunu bildirir.

"Şuşanın alınmasının birinci səbəbini mən onda görürəm ki, ya düşmən kəşfiyyatı, ya da daxildə olan bir neçə düşmən qrupları şəhərdə insanları təşvişə salmağa başlamışdılar. Camaatı qorxudaraq yoldan çıxarmağa çalışırdılar. Şəhərin çox güclü bombardman olunmasına və çoxlu sayda evin yandırılmasına baxmayaraq, Şuşanı qoruyub saxlamaq və burada möhkəmlənmək olardı. Lakin əhalidə olan inamsızlıq və təşviş buna imkan vermədi. Biz şəhəri saxlamağa zəmanət vermişdik", - deyə polkovnik-leytenant təəssüf hissi ilə öz təəssüratlarını bölüşüb.

Şuşa 1992-ci il may ayının 8-də ermənilər tərəfindən işğal edilib.

Tarix
2016.05.09 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla