Yuxarı

Arvadını öldürüb, sonra intihar etdi – Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:45

Bakıda mənzildə kişi və qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşları huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşların vəfat etdiyi müəyyən olunub.

21:45

Bu gün Bakının Nəsimi rayonunda mənzildə 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının meyiti tapılıb.

APA-nın məlumatına görə, qadının qətlə yetirildiyi, kişinin isə intihar etdiyi məlum olub.

Ağayeva Gülnurə yataq otağında boğazı kəsilərək qətlə yetirilib. Qurbanov Şahinin meyiti isə hamam otağında aşkarlanıb. Meyitləri tapılan şəxslər ər-arvad olub.

Onlarla bağlı məlumatı FHN-ə qadının bacısı verib. Mənzilin qapısını sındıraraq içəri daxil olan xilasedicilər qadının meyitini yataq otağında, kişini isə asılmış vəziyyətdə hamam otağında aşkar ediblər.

Faktla bağlı Nəsimi prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

Tarix
2016.05.09 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla