Yuxarı

Yanğın neft qiymətinə təsir etdi – Bahalaşma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada neft sahələrinə yaxın bölgədə meydana gələn yanğın dünya bazarında neftin qiymətlərinə təsirsiz ötüşməyib.

Axar.az xəbər verir ki, neft istehsalçıları və iri şirkətlər baş verən yanğının ölkənin neft istehsalına ciddi təsir edəcəyi qənaətindədir. BP və digər böyük şirkətlər hadisədən sonra bəzi müqavilə şərtlərinə yenidən baxacaqlarını açıqlayıblar. "Statoil" və "Huski" şirkətləri də bölgədə istehsal miqdarını azaltmağa məcbur olub. Bununla da bir həftədir davam edən yanğın səbəbindən fəaliyyəti dayandıran şirkətlərin sayı 11-ə çatıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən neft qiymətləri Asiya əməliyyatlarında 2% yüksəlib. "Brent" markalı xam neftin bir barreli 46 dollar, ABŞ nefti isə 45 dollara çatıb.

"Frost & Sullivan" şirkətinin direktoru Karl Larri neft qiymətlərinin tədricən artacağını deyib:

"Bir barrelin 80 dollar olacağını demirəm, amma 50 dollar və daha yüksək olacağı mütləqdir".

Xatırladaq ki, 1 həftə əvvəl Kanadanın Alberta vilayətinin Fort-MakMerrey bölgəsində meşə yanğınları başlayıb. Yanğın 7500 hektar ərazini əhatə edir və indiyə qədər söndürmək mümkün olmayıb. Fort-MakMerrey Kanadanın neft sənayesinin ən vacib mərkəzi sayılır.

Tarix
2016.05.09 / 22:00
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla