Yuxarı

Qələbə Günü Sumqayıtda belə qeyd edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya müharibəsində Qələbənin 71-ci ildönümü mayın 9-da Sumqayıtda da geniş qeyd olunub.

Axar.az xəbər verir ki, tədbirdə müharibə veteranları, şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə önünə əklil və gül dəstələri düzülüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müharibənin bəşəriyyət üçün dəhşətli nəticələrindən, faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlardan, Bakı neftinin müstəsna rolundan danışıb.

Çıxış edən veteranlar onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Qələbə Günü münasibətilə keçirilən paradda Milli Ordunun "N" saylı hərbi hissəsinin əsgərləri, "Şahin" hərbi-idman oyununda təmsil olunan şəhər məktəblərinin üç mindən çox şagirdi hərbi orkestrin müşayiəti ilə yürüş ediblər. Yürüş Sumqayıtın on minlərlə sakini tərəfindən böyük maraqla qarşılanıb.

Tarix
2016.05.09 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla