Yuxarı

“Brodvey” Azərbaycanda - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrı ABŞ-ın məşhur Kompani-E şirkəti ilə ortaq layihə kimi "Brodvey" proqramının Azərbaycan versiyasını təqdim edəcək.

Teatrdan Axar.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. Kompani-E şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqlərinə start verilib.

Bu münasibətlə Kompani-E şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri - Pol Qordon Emerson (prodüser), Amikaelya Qaston (prodüser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor) Azərbaycana gəliblər.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Company-E musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. Kompani-E-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazırladığı "Brodvey" layihəsi 14 may saat 19.00-da, 15 may saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Tarix
2016.05.10 / 13:46
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla