Yuxarı

Tramp prezident seçilərsə... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazda Rusiya-ABŞ əməkdaşlığı Azərbaycanın maraqlarına cavab verir.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi ABŞ prezidentliyinə hazırkı namizədləri - Donald Trampla (Respublikaçılar) Hillari Klintonu (Demokratlar) Azərbaycanla gələcək münasibətlərin perspektivi baxımından müqayisə edib:

"Tramp seçkiqabağı çıxışlarında ABŞ-la Meksika arasında divar hörəcəyini, miqrantları ölkəyə buraxmayacağını, Putinlə dostlaşacağını, müsləmanların ABŞ-a girişini qadağan edəcəyini dedi. Bu fikirlər böyük qalmaqala səbəb oldu. Bütün bunlar dünyada mənfi reaksiya doğurduğu kimi, Azərbaycanda da narahatlıqla qarşılanır. Trampdan fərqli olaraq Klinton seçicilərinə yerinə yetirilməsi mümkün olmayan vədlər vermir. Azərbaycan Klintonun prezidentliyinə müsbət baxır, çünki onun Cənubi Qafqaz və iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı haqqında təsəvvürü var. Üçüncüsü isə Klinton Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini anlayır. O, prezident seçilərsə, ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığı davam edəcək".

Politoloqa görə, Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-Azərbaycan münasibətlərindəki 24 illik konstruksiya dağılacaq:

"Donald Trampdan başqa ABŞ-ı Konqres qanunları, Dövlət Departamentinin və Pentaqonun təlimatları da idarə edir. Bundan başqa, ABŞ-ın milli və təhlükəsizlik maraqları var ki, Tramp bu amilləri kənara qoya bilməyəcək. Yəni, Ağ Evin yeni sahibi Krımın işğalını arxa plana atıb, Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq. Əks halda bu, ABŞ-ın dünyadakı nüfuzuna zərbə vuracaq. ABŞ ənənəvi müttəfiqi AB-nin inamını da itirəcək. Bundan başqa, Konqresin dəstəyi olmadan Tramp heç bir islahat təşəbbüsünü həyata keçirə bilməyəcək. Konqresdə respublikaçılar üstünlük təşkil etsələr belə, konqresmenlərin böyük əksəriyyətinin Trampın ekstravaqant islahatlarına dəstək verəcəyi böyük şübhə doğurur.

Azərbaycan Trampın prezident seçilməsindən narahat olmamalıdır. Cənubi Qafqazda Rusiya-ABŞ əməkdaşlığı Azərbaycanın maraqlarına cavab verir. Rəsmi Bakının Ağ Evin yeni sahibindən əsas istəyi Azərbaycanın ərazi bütövlüyü siyasətini, təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı davam etdirməsidir".

Tarix
2016.05.10 / 14:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla