Yuxarı

Ermənistanın nüvə şantajı - Qərb mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu "EurActiv" xəbər portalında "Ermənistanın keçmiş baş naziri ölkəsinin nüvə silahlarına malik olduğunu deyir" başlıqlı məqalə dərc olunub.

AzərTac xəbər verir ki, məqalədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın aprelin 29-da keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahlarına malik olması ilə bağlı verdiyi bəyanatlardan bəhs edilir. Müəllif qeyd edir ki, Ermənistanla Azərbaycan hazırda müharibə şəraitində olduğu üçün verilən bəyanat narahatlıq doğurur.

Daha sonra "İsrail Demokratiya İnstitutu"nun beynəlxalq əlaqələr bölməsinin rəhbəri Maayan Jaffe-Hoffmanın mayın 8-də "The Jerusalem Post" qəzetində dərc edilmiş məqaləsindən bəhs olunur. Vurğulanır ki, İsrailin əsas beyin mərkəzinin bölmə müdiri məqaləsində Q.Baqratyanın açıqlamasının ciddi qəbul edilməli olduğunu bildirib, son vaxtlarda ermənilər tərəfindən qonşu Gürcüstan ərazisinə nüvə materialları keçirilərək onların satışı və qaçaqmalçılığı ilə məşğul olmaları ilə bağlı faktları misal gətirib.

Bununla yanaşı, məqalədə mayın 3-də "The Washington Times" qəzetində Aleksandr Murinsonun (İsrailin "Begin-Sadat" Strateji Araşdırmalar Mərkəzi və "Bar İlan Universiteti"nin aparıcı elmi işçisi) sözügedən məsələyə həsr olunmuş yazısına da nəzər salınır. Bildirilir ki, A.Murinson bir nəfər yaşlı Gürcüstan vətəndaşı və Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş və hazırkı əməkdaşları olduqları güman edilən bir neçə Ermənistan vətəndaşının 200 (iki yüz) milyon dollar dəyərində nüvə materiallarının qeyri-qanuni satışına cəhd edərkən həbs olunmaları ilə bağlı Gürcüstan dövlət orqanlarının yaydığı xəbərdən yazıb.

Məqalənin sonunda "EurActiv" xəbər portalının Ermənistanın Avropa İttifaqı yanında daimi nümayəndəliyindən Q.Baqratyanın bəyanatlarına münasibət bildirilməsini xahiş etdikləri qeyd olunur.

Tarix
2016.05.11 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla