Yuxarı

Azərbaycanla Ermənistanın iqtisadi – Müqayisəsi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 52 milyon dollara çatıb ki, bu, Ermənistanla müqayisədə 5 dəfə çoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Nicat Hacızadə Azərbaycan və Ermənistanın iqtisadi durumunu müqayisə edərkən deyib:

Ekspert bildirib ki, Azərbaycan Cənubi Qafqazda öz lider mövqeyini makroiqtisadi göstəricilərdə qoruyur:

"2015-ci ildə Azərbaycan iqtisadiyyatı 1,1% artaraq 54,4 milyard manat olub. Adambaşına düşən ÜDM-nin həcmi dollar ifadəsində 5558,7 ABŞ dolları təşkil edir. Bundan əlavə, qeyri-neft sektorunda 37,7 milyard manat əlavə dəyər istehsal olunub ki, bunun ÜDM-də xüsusi çəkisi 69,3%-ə yüksəlib".

İqtisadçı Ermənistanın Cənubi Qafqazda indiqatorlara əsasən ən zəif göstəricilərə sahib olduğunu bildirib:

"Səbəblər müxtəlifdir. Ümumiyyətlə, Ermənistanın əsas iki açıq ticarət tərəfdaşı var: İran və Gürcüstan. 1991 və 1993-cü illərdən Azərbaycan və Türkiyə ilə müvafiq olaraq sərhədlərin bağlı olması Ermənistan iqtisadiyyatına çox ciddi ziyan vurub.

Ermənistanda 2015-ci ildə ÜDM 10 milyard 65 milyon dollar olub. Azərbaycanda adambaşına düşən ÜDM də Ermənistanla müqayisədə 55% çoxdur".

N.Hacızadənin sözlərinə görə, neft qiymətlərinin indiki aşağı məzənnəsində belə büdcələr arasında böyük fərq var:

"2015-ci il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri 17.153,2 milyon manat, xərcləri isə 17.786 milyon manat olub. Nəzərə alsaq ki, 2015-ci il ərzində Azərbaycan manatı iki dəfə devalvasiya olub, sonuncu valyuta məzənnəsi ilə gəlirlər 11066, milyon, xərcləri isə 11474,8 milyon dollar olub. Ermənistan dövlət büdcəsinin gəlirləri 2 milyard 169 milyon 42 min, xərcləri isə 2 milyard 551 milyon 934 min dollar təşkil edib".

İqtisadçı Ermənistanın adam başına düşən ÜDM-dəki payının əhəmiyyətli hissəsinin borc hesabına olduğunu açıqlayıb:

"Ermənistanın ümumi borcu 5 milyard 78 milyon dollar təşkil edir ki, bu da ÜDM-ə nisbətdə 50%-dən yuxarıdır. Bu çox kritik göstəricidir".

Tarix
2016.05.11 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla