Yuxarı

Baş bankirin açıqlaması nəyə dəlalət edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söhbət yeni formalaşan İpoteka Fondunun fəaliyyətə başlamasından gedir.

Bu sözləri Axar.az-a açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmovun ipoteka kreditləşməsi ilə bağlı açıqlamasını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, bu ilin üç ayında 140 güzəştli ipoteka krediti verilsə də, adi ipoteka kreditlərinin sayı kifayət qədər azdır:

"Prezidentin fərmanı ilə Mərkəzi Bank yanındakı İpoteka Fondu ləğv edilərək Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti kimi formalaşdırılmaqdadır. Bu fərmandan sonra yeni İpoteka Fondunun əsasnaməsinin hazırlanması və fəaliyyətə başlanması tələb olunurdu. Bu vaxta qədər birinci fəaliyyətini davam etdirirdi. Bu ilin üç ayında 140 güzəştli ipoteka krediti verilsə də, adi ipoteka kreditlərinin sayı kifayət qədər azdır. Praktiki olaraq I rübdə İpoteka Fondunun fəaliyyəti məhdudlaşıb. Bu da məhz ipoteka kreditləşməsi sisteminin qanunverici bazasının tam formalaşdırılmaması ilə bağlıdır. İpoteka Fondunun ayrıca qurum kimi fəaliyyəti üçün onun qanunvericilik bazasının yaradılmasına ehtiyac var. Bundan sonra Fond MB-dən kənar, müstəqil səhmdar cəmiyyət olacaq. Eyni zamanda, beynəlxalq təşkilatların sığorta fondlarını cəlb etməklə daha çox ipoteka krediti təklif etmək imkanı qazanacaq. Hazırda İpoteka Fondu ipoteka kreditləri üçün istiqrazların yerləşdirilməsini həyata keçirir. Sosial ipoteka kreditləri üçün büdcədən ayrılan vəsaitlər bu istiqamətə yönəlir. Hüquqi bazanın formalaşdırılması ipoteka kreditləşməsinin bərpa edilməsinə, sığorta şirkətləri və xarici investorların prosesə cəlbinə imkan yaradacaq".

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda ipoteka kreditləşməsi sisteminin normativ-hüquqi bazasının dəyişdirilməsi ilə bağlı müvafiq qərarın qəbul olunduğunu və bunun yaxın vaxtlarda açıqlanacağını bildirib.

Tarix
2016.05.11 / 09:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla