Yuxarı

Qanunsuz dövriyyə ilə mübarizə - Seminar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 11-də Bakıda "İmperial Tobakko" şirkətinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün "Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə" mövzusunda seminar keçirilir. Seminarda Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrinin əməkdaşları iştirak edir.

DGK-nın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, "İmperial Tobakko" şirkətinin qanunsuz ticarətlə mübarizə üzrə meneceri Nataliya Leşik Dövlət Gömrük Komitəsinin rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Hazırda dünyada tütün məmulatlarının qanunsuz dövriyyəsi və bu zaman ölkələrin iqtisadiyyatına dəyən ziyan barədə rəqəmlər əsasında məlumat verən Nataliya Leşik seminar iştirakçılarının tütün məmulatlarının ekspertizası, qanunsuz daşınması, istehsalı, satişi və kontrafakt mallar barədə məlumatlandırılacağını bildirib.

Seminarda çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, gömrük xidməti general- mayoru Güloğlan Muradlı tütün məmulatlarının qanunsuz ticarəti və qaçaqmalçılığının hazırda dünyada vacib problemlərdən birinə çevrildiyini və gömrük orqanlarının əsas vəzifələrindən birinin də bu sahədə intensiv mübarizə tədbirlərini gücləndirmək olduğunu diqqətə çatdırıb. Tütün məmulatlarının qanunsuz dövriyyəsinin iqtisadiyyata və insan sağlamlığına ciddi təhlükə törətdiyini bildirən Komitə rəsmisi Azərbaycan gömrük orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Tütün məmulatlarının qanunsuz dövriyyəsinin səbəbləri, yaratdığı problemlər barədə məlumat verən "İmperial Tobakko" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Bağırov isə Dövlət Gömrük Komitəsi tərəfindən bu sahədə kifayət qədər iş görüldüyünü və bu fəaliyyəti dəstəklədiklərini bildirib.

Seminarın gedişində tütün məmulatlarının qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair təcrübə mübadiləsi aparılacaq, saxta malların aşkar edilməsinin spesifik cəhətləri barədə məlumat veriləcək, gömrükçülər "İmperial Tobakko" şirkəti tərəfindən təqdim olunan müxtəlif məhsul nümunələrinin xalisliyini praktikada yoxlamaq imkanı əldə edəcəklər.

Tarix
2016.05.11 / 13:59
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla