Yuxarı

Külli miqdarda dərman tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tütün məmulatları və dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Komitədən Axar.az-a verilən məlumata görə, idarənin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasında "Moskva-Bakı" sərnişin qatarı ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib.

Yoxlama zamanı gömrük orqanlarına əvvəlcədən bəyan edilməyən 3 adda 34 800 ədəd siqaret aşkar edilərək götürülüb.

Tütün məmulatlarının qaçaqmalçiliği ilə bağlı digər bir fakt isə İdarənin "Xanoba" gömrük postunda aşkar olunub. Belə ki, Rusiya Federasiyası istiqamətindən postun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 60 000 ədəd siqaret aşkar edilərək götürülüb.

"Samur" gömrük postunun əməkdaşları isə müxtəlif markalı dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Rusiya Federasiyası istiqamətindən postun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 6800 kapsul"Ritamitsin150 mq", 10 200 kapsul "Pirozinamid500 mq", 1900 həb "Etambutol Akri 400 mq", 330 həb "İzoniazid 300 mq", 300 flakon "Streptomitsin1 q", 10 qutu "Zivoks 2 mq" dərman preparatları aşkar edilərək götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Tarix
2016.05.11 / 15:03
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla