Yuxarı

Putin Bakıya niyə gəlir? – İki versiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Cənubi Qafqazda başlanacaq müharibədə Ermənistanı qorusa və hərbi toqquşmalara müdaxilə etsə, Azərbaycanla yanaşı, Qərb və İslam dünyası ilə münasibətlərini gərginləşdirəcək.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Onun sözlərinə görə, Rusiya hakimiyyət kanalları Putinin Azərbaycana səfəri ilə bağlı xəbər yaymaqla Bakının bu səfərə münasibətini öyrənməyə çalşır:

"Çünki rəsmi Bakı səfərin detalları barədə məlumatlı deyil. Mayın 8-də Putinin II Dünya müharibəsindəki qələbənin 71-ci ildönümü münasibətilə Azərbaycan prezidentinə göndərdiyi məktubda belə bir cümlə var idi: "İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir".

Putin sanki rəsmi Bakıya mesaj göndərir ki, Azərbaycan müharibəyə başlamasın".

Politoloq Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı iki versiya irəli sürüb:

"Birinci: Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Putinin planının ümumi konturları hazırdır və o bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Putin bu planı erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfi atəşkəsə riayət etməyə çağıracaq. Görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. O, Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerji itkisindən qorxur. Çünki Qərb Rusiyanı zəiflətmək üçün müxtəlif yollar axtarır.

İkinci: - Putin Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2011-ci ildə hazırladığı Kazan prinsiplərini yenidən rəsmi Bakıya qəbul etdirməyə çalışacaq. Bununla bərabər, Bakıda Lavrovun "atəşkəsə riayət olunmalıdır", "insidentlər araşdırılmalıdır" kimi fikirlərini təkrarlaya bilər. Hazırki vəziyyətdə statusun müəyyənləşməsini nəzərdə tutan Kazan prinsipləri Azərbaycanın maraqlarına uyğun deyil. Kreml sadəcə müharibənin başlanmasını əngəlləmək üçün vaxt qazanmaq istəyir".

Tarix
2016.05.12 / 11:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla