Yuxarı

Analar üçün: Uşaqlarda revmatik xəstəliklər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revmatik xəstəliklər dedikdə, əzələ, oynaq, birləşdirici toxumaları, sümük və orqanları əhatə edən ağrılı xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklər qrupuna orqanizmin bir çox orqanlarının zədələnməsi ilə nəticələnən 300-dən çox xəstəlik daxildir.

Revmatik xəstəliklər iltihablı və iltihabsız olmaqla iki qrupa ayrılır. Başqa sözlə, kəskin revmatik qızdırma və xroniki revmatik qızdırma.

Uşaqlarda revmatik xəstəliklər erkən yaşlarda - 3-4-cü aylardan 18 yaşadək müşahidə olunur. Uşaq yaşlarında ən çox rast gəlinən revmatik xəstəliklər Sistemik Yuvenil İdiopatik Artrit (SYİA), Sistemik Lupus Eritematozus (SLE), Yuvenil Dermatomiozit (YDM), Henox-Şönleyn Purpurasıdır (HSP).

1. Sistemik Yuvenil: İdiopatik Artrit - səbəbi bilinməyən iltihabi oynaq xəstəliyidir. 0-16 yaş qrupu bütün uşaqlarda rast gəlinməsinə baxmayaraq, ən çox 2-3 yaş arasında özünü göstərir. Ən çox zədələnən oynaqlar - əl biləyi, ayaq biləyi, diz, dirsəkdir. Xəstədə gün ərzində 1-2 dəfə 41 dərəcəyə qədər yüksələn və 2 həftəyə qədər davam edən temperaturun yüksəlməsi, keçici makulyar səpkilər, ümumi narahatlıq, zəiflik, yorğunluq, əzələ, oynaq ağrıları, perikardit, plevrit, anemiya, periferik qanda leykositlərin,trombositlərin artması müşahidə olunur.

2. Sistemik lupus: Eritematozus - digər adı qırmızı qurdeşənəyi olan revmatik xəstəliklərə daxil olan autoimmun xəstəlik olub qan damarları, böyrəklər, birləşirici toxuma və dəridə immun komplekslərin toplanması ilə gedən, səbəbi bilinməyən, bütün orqan və toxumaların zədələnməsi ilə gedən revmatik xəstətlikdir. Əsasən 4 yaşdan böyük, xüsusən də qız uşaqlarında daha çox müşahidə edilir. Əsas əlamətləri - temperaturun yüksəlməsi, yorğunluq, artrit, artralgiya, dəridə eritomatoz, makulopapulyoz, bulyoz səpkilər, əl barmaqlarında Reyno sindromu, ürək-damar sistemi tərəfindən pankardit (ürəyin hər 3 təbəqəsinin zədələnməsi), əl biləyi, ayaq biləyi, dirsək oynaqlarının zədələnməsi, ağciyərdə qansızma, fibrozlaşma, sinir sistemində beyin damarlarının trombozu, qıcolma, psixozlar, böyrək zədələnmələri, proteinuriya, hematuriya və s. Ən qorxulu ağırlaşması nefrotik sindrom və kəskin böyrək çatışmazlığıdır.

3. Yuvenil dermatomiozit: Xəstəlik yorğunluq, çox yüksək olmayan temperatur və çəki itkisi ilə başlayır. Udqunmada çətinlik, yemək borusunda disfunksiya, dırnaq dibində çuxurlaşma, boyun çevrəsində yaxalıq tərzində səpkilər müşahidə olunur.

4. Henox-Şönleyn purpurası: 4-10 yaş arası uşaqlarda daha çox rast gəlinir. Kiçik damarların vaskuliti (iltihabı) ilə xarakterizədir. Trombositopenik olmayan purpura, artrit (oynaq iltihabı), artralgiya (oynaq ağrıları), qarın nahiyyəsində ağrı, qastrointerstisial (mədə-bağırsaq) qanaxma, qlomerulonefrit xaraketrizə edən əlamətləridir.

Uşaq yaşlarında A qurupu beta hemolitik streptakokkların səbəb olduğu və müalicə olunmazsa, revmatik qızdırmaya səbəb olan badamcıqların iltihabına tez-tez rast gəlinir. Əgər 10 gün ərzində müalicə olunmazsa, oynaqlarda, ürək, böyrəklərdə və digər orqanlarda ciddi fəsadlara gətirib çıxarır.

Diaqnoz:

Diaqnozun qoyulmasında əsasən qanda ASO, CRP, RF-nin təyini, qanın ümumi analizi, anticisimlərin təyini, biokimyəvi müayinələr, əlavə olaraq KT, MRT, rentgen və s. istifadə olunur.

Müalicəsi:

Erkən mərhələdə dərman müalicəsi simptomların inkişafının qarşısını alır, sonrakı mərhələdə fiziki terapiya və reablitasiya vacibdir.

Pediatr İlhamə Rüstəmbəyli

Tarix
2016.05.20 / 08:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla