Yuxarı

Bakıda polisi bir-birinə qatan avtoş - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin "saxla" əmrinə tabe olmayan sürücü saxlanılıb.

ANS xəbər verirk i, "Kia" markalı nəqliyyat vasitəsinin sürücüsü təxminən 1 saata yaxın müddətdə Bakının 10 küçəsində xuliqanlıq edib. Abdullayev Nicat Nurpaşa oğlu adlı sürücü hətta küçələrdə riskli manevrlər etməkdən də çəkinməyib.

Paytaxt polisini bir-birinə vuran sürücü yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Yoxlama zamanı onun hərəkətlərinin əsl mahiyyəti ortaya çıxıb. Məlum olub ki, avtoxuliqanlıq edən gənc sərxoşdur. 16-cı polis bölməsinə gətirilən gəncin danışmağa belə halı olmayıb. Demək olar ki, tam anlaqsız vəziyyətdə olan Nicat nə danışacağını da unudub.

Avtoxuliqanlıq etməsi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənc sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün 3 dəfə sürücülük hüququndan məhrum edilib.

İndi Nicat Abdullayev bu əməlinə görə məhkəmə qarşına çıxacaq. Onun 20 sutkaya yaxın həbs cəzası alacağı gözlənilir.

Bu ilin son 5 ayı ərzində isə Bakıda Nicat kimi avtoxuliqanlıq edən 40 sürücü cəzalandırılıb. Amma görünən odur ki, cəzalar nə qədər sərtləşdirilsə də, hələ də adrenalin sayılan avtoxuliqanlığın qarşısını tam almaq mümkün olmur. Nicatın isə qarşısı alındı. Özünün və başqalardan həyatını məhv etmədən.

Tarix
2016.05.20 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinin imzalanması üçün iki şərt mövcuddur - Rəfiyev

Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı

Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan

Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...

Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov

Əliyevlə Putin Çində görüşəcək? - Peskovdan açıqlama

Prezident Rusiya ilə münasibətlərin korlanmasından danışdı

Axı, necə belə nankor olmaq olar?!

Bu yolu zorla ələ keçirə bilərdik, amma dayandıq... - Prezident

Deyirdilər ki, Azərbaycan Zəngəzuru işğal edəcək...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla