Yuxarı

Azərbaycan-İran arasında dini əlaqələr müzakirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyada baş verən münaqişələr multikulturalizm ideyalarını aktuallaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili ölkədə "Multikulturalizm ili" elan edib. Azərbaycan həmişə dünyada müxtəlif xalqların dinc və yanaşı yaşamasının tərəfdarı olub. Bu gün Azərbaycanda azsaylı xalqların mehribanlıq şəraitində yaşaması digər ölkələr üçün nümunədir.

Axar.az xəbər verir ki, bu fikirləri Təbriz şəhərində səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 23-də İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə görüşdə söyləyib.

Komitə sədri deyib: "Təəssüf ki, dünyanın bəzi regionlarında dini və etnik zəmində qarşıdurmalar mövcuddur və bu qarşıdurmalar nəticəsində minlərlə insan qətlə yetirilir. Silahli qruplaşmalar İslam dini adından sui-istifadə edərək terrorçuluqla məşğul olurlar. Bunların qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək lazımdır.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra cəmiyyətdə, xüsusilə gənclər arasında milli mənəvi dəyərlərin möhkəmlənməsini diqqət mərkəzində saxlayırdı. Azərbaycan xalqının mənəvi dəyərləri İslam dini üzərində formalaşıb. Uzun müddət Sovet İttifaqının ateizmi təbliğ etməsinə baxmayaraq, xalqımız dini dəyərlərini unutmayıb. İslam dininin Azərbaycan xalqının dünyagörüşündə mühüm yeri olduğunu deyən komitə sədri vurğulayıb ki, müstəqilliyin ilk illərində ölkəmizdə cəmi 17 məscid var idi. Bu gün isə Azərbaycanda məscidlərin sayı 2050-yə çatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilən Heydər məscidi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu məsciddə eyni zamanda 7 min insan ibadət edə bilər.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan M.Qurbanlı deyib ki, erməni vandalları Şuşada, Ağdamda və işğal altında qalan digər rayonlardakı məscidləri dağıdıb, təhqir ediblər. Ermənilər məscidləri dağıtmaqla yalnız Azərbaycana qarşı deyil, həmçinin İslam dininə etiqad edənlərə qarşı təhqiramiz hərəkət ediblər. Bunlar cavabsız qalmamalıdır.

Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd edən Ayətullah Şəbüstəri bildirib ki, işğal olunan torpaqlar qaytarılmalıdır. O, dünyada müsəlmanlara qarşı ayrı-seçkiliyin mövcud olduğunu deyib, İslam həmrəylinin zəruriliyini vurğulayıb. Qeyd edilib ki, gənclərin düzgün yönləndirilməsi onların radikal qruplaşmalara qoşulmasının qarşısını ala bilər. Azərbaycanda məscidlərin bərpasını və dini dəyərlərin qorunmasını yüksək qiymətləndirən Ayətullah Şəbüstəri qonşu və dost ölkənin inkişaf etməsinin sevindirici olduğunu bildirib.

Görüşdə dini sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2016.05.24 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla