Yuxarı

İyun görüşü: Mühüm siyasi gedişlər gözlənilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk dəfə idi ki, Vyanada bu səviyyədə belə bir görüş keçirilirdi. Görüşün ən əsas əhəmiyyəti böyük sülh sazişinin hazırlanması barədə qərarın verilməsidir. Sazişin mətnində mərhələli şəkildə əvvəlcə 5, sonra isə iki rayonun qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi yer alır. Ancaq Azərbaycan yeddi rayon üzərində təkid edir.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Sabiq dövlət müşaviri bölgədə vəziyyəti dəyişə biləcək mühüm siyasi gedişlərdən söz açıb:

"Vyana görüşünün əhəmiyyəti o idi ki, Amerika ilk dəfə olaraq Dağlıq Qarabağ probleminin həllinə ciddi girişib. Fransa Rusiyaya dəstək verirdi. Ancaq Vaşinqtonun təsiri müəyyən qədər Parisdə də hiss olunmaqdadır. Amerika Qarabağ üzrə Azərbaycanla heç vaxt bu qədər maraqlanmamışdı. Bu, Rusiyanın danışıqlar prosesindəki mövqeyini hiss ediləcək dərəcədə dəyişib. Bundan sonra Rusiya Cənubi Qafqazda, xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərində təkbaşına qərar verməyəcək, ən azından, bu və ya digər məsələləri Vaşinqtonla razılaşdırmaq lazım gələcək. İyun danışıqlarında Ermənistanın üzərinə böyük vəzifələr düşür. Robert Köçəryan və Levon Ter-Petrosyan torpaq qaytarılmamasına görə "DQR"-in qondarma "liderini" tovlamağa çalışırlar. Bunlar hiyləgər gedişlərdir və danışıqlar prosesinin əleyhinə yönəlib. Sıravi ermənilər müharibənin bitməsini və iki ölkə arasında sülhün tərəfdarıdır. Bir sözlə, qarşıda vəziyyət Sərksiyan üçün gərgin olaraq qalır. Proseslərin gedişatı göstərir ki, bölgədə vəziyyət Azərbaycanın xeyrinə dəyişir. Hətta Bakı bu ərəfədə mühüm diplomatik gedişlər edir. İyun görüşü Qarabağ məsələsinin bir çox aspektləri baxımdan siyasi əhəmiyyətə malikdir".

Qeyd edək ki, mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında baş tutan görüşdə iyunda növbəti danışıqlar barədə razılığa gəlinib.

Bəzi ekspertlər iyunda mərhələli həll paketinin işə düşəcəyini proqnozlaşdırır.

Tarix
2016.05.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla