Yuxarı

Ərzaq məhsulları ilə təminat mərkəzləşdirilir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması nəticəsində dövlət öz ərzaq ehtiyaclarını tam ödəyə biləcək.

Bunu Report-a Kənd Təsərrüfatı Nazirliyinin statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətov bildirib.

"Məlum olduğu kimi, dövlət büdcəsi hesabına ərzaq və kənd təsərrüfatı məhsullarını alan müxtəlif dövlət təşkilatları (hüquq mühafizə orqanları, ordu, penitensiar sistem, sosial yönlü müəssisələr) var. Bu dövlət təşkilatlarının ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Qurumun mərkəzləşdirilmiş qaydada yaradılması iki fundamental məsələnin həllinə səbəb olacaq. Birinci növbədə bu vəsaitlər mərkəzləşdirilmiş şəkildə birbaşa kənd yerlərində fəaliyyət göstərən yerli sahibkarlara yönəldiləcək. Bunun nəticəsində artıq bizim öz fermerlər təbəqəmiz formalaşacaq. Onlar dövlət büdcəsindən ayrılan vəsait hesabına sifariş əsasında zəmanətli şəkildə istehsallarını quracaqlar. Qurumun ən böyük üstünlüyü bu olacaq. Əvvəllər büdcədən ayrılan vəsait hesabına bu işləri ayrı-ayrı təşkilatlar həyata keçirirdi", - F.Fikrətov bildirib.

Qeyd edək ki, bu ilin aprelin 11-də Prezident İlham Əliyev Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Firdovsi Fikrətov deyib ki, dövlətin dəstəyi ilə ASC-nin yaradılması birbaşa kəndlərdə fermerlərin vəziyyətinin yaxşılaşdırılması, gəlirlərinin artırılması, onların məhsullarının satış imkanlarının genişləndirilməsinə şərait yaradacaq:

"Bu səbəbdən də bu sistemdən daha çox yerli fermerlər bəhrələnəcək. Bütün bu fəaliyyətlər çox şəffaf bir formada həyata keçiriləcək. Çünki həm satınalanlar, həm də məhsulunu təklif edənlər öz məlumatlarını "Elektron məlumat bazası"na yerləşdirəcəklər".

Onun dediklərinə əsasən, qurumun satınalma vərdişləri sistemi formalaşdırıldıqdan sonra gələcəkdə bazara çıxış etmək imkanı yarana bilər:

"ASC-nin satınalma vərdişləri sistemini formalaşdırıldıqdan sonra artıq gələcəkdə fermerlərin məhsulları üçün qiymət şərtləri əlverişsiz olanda, yaxud ehtiyac yarandığı halda tədarük intervesiyası ilə bazara çıxış etmək imkanları yarana bilər. Bu sistem sayəsində həm kənd təsərrüfatı məhsulları itkiyə getməyəcək, həm də bazarda qiymətlərin tənzimlənməsinə şərait yaranacaq. Təbii ki, bu proseslər gələcək planlar üçün nəzərdə tutulan işlərdir".

Şöbə müdirinin sözlərinə görə, ilkin mərhələ olaraq Kənd Təsərrüfatı Nazirliyinin nəzdində ASC-nin hüquqi təşkilati məsələlərini həll edən İşçi Qrupu yaradılıb:

"Hazırda İşçi Qrupu ASC-nin bir qurum kimi formaşalması üçün fəaliyyət prosedurunun yaradılması ilə məşğuldurlar. Sərəncam əsasında ikinci İşçi Qrupu Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin əməkdaşları ilə birgə yaradılıb. Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi ASC-nin fəaliyyəti üzrə bütün proseslər "Elektron məlumat bazası" üzərindən idarə edilməlidir. Hazırda həmin İşçi Qrupu "Elektron məlumat bazası"nın yaradılması işlərinin həayata keçirilməsi ilə məşğuldur. Bazanın yaradılması Azərbaycanda tətbiq olunan ilk alətdir. Burada dövlətin başlıca məqsədi yeni qurumun fəaliyyətindən yerli sahibkarların, fermerlərin məlumatlandırılması, onlar üçün yaradılan şəraitdən bəhrələnmələrini təşkil etməkdir".

Eyni zamanda F.Fikrətov ASC-nin fəaliyyəti haqqında ictimai məlumatlılığın artırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından ibarət üçüncü İşçi Qrupunun da yaradıldığını vurğulayıb:

"ASC-nin yaradılması Azərbaycanda tətbiq edilən yeni bir alət olduğu üçün hazırda bu İşçi Qrupu yerli sahibkarların, fermerlərin qurumun təqdim edəcəyi xidmətlərlə bağlı məlumatlılığının artırılması istiqamətində tədbirlər görür. KİV-in dəstəyi ilə İşçi Qrupu ASC-nin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırma işləri ilə məşğul olur".

Tarix
2016.05.24 / 09:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla