Yuxarı

“Yaxın, uzaq Qarabağ”ın çəkilişi başlayır

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Professional Kinorejissorlar Gildiyası" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Yaxın, uzaq Qarabağ" sənədli filminin istehsalına başlayır.

Axar.az xəbər verir ki, film Əfqanıstanda yaşayan və vaxtilə Qarabağdan köçürülərək bu ərazilərə yerləşdirilmiş soydaşlarımızdan bəhs edəcək.

Tarixdən də məlumdur ki, Nadir şahın hakimiyyəti illərində Qarabağdan soydaşlarımızın böyük bir hissəsi Əfqanıstana sürgün olunub. Bunların içərisində həm bütöv ailələr, həm də ayrı-ayrı tayfalar da olub. Ancaq üstündə 3 əsrə yaxın vaxt keçməsinə baxmayaraq, Əfqanıstanda yaşayan soydaşlarımız bu gün də kompakt şəkildə yaşayaraq öz milli kimliklərini, adət-ənənələrini və dilini qorumaqda davam edirlər. Uzun illərdir ki, yaşamağa məcbur olduqları həmin yerlərdə normal, stabil həyatın olmamasına baxmayaraq, bu gün də Əfqanıstanda yaşayan soydaşlarımız öz doğma vətənləri barədə düşünür, burada baş verənlərlə maraqlanırlar.

Filmdə Əfqanıstanın müxtəlif bölgələrində - Kabul ətrafında yerləşən Qarabağ bölgələrində, o cümlədən Qarabağ bazar, Əfşar Qarabağ. Qarabağ Dəhnəsi və başqa ərazilərdə yaşayan soydaşlarımızın həyat tərzi, adət-ənənələrin, dilimizə bağlılığı, ölkəmiz haqda düşüncələrini və s.lentə alınacaq.

Tarix
2016.05.24 / 12:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla