Yuxarı

İlham Əliyev Türkiyədən dünyaya səsləndi – 3 məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliyevin Ərdoğanla görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ oldu.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. O, İlham Əliyevin İstanbulda keçirilən Dünya Humanitar Sammiti çərçivəsindəki ikitərəfli görüşlərinin vacibliyini vurğulayıb:

"Əliyevin Ərdoğanla görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ oldu. Zənnimcə, Ərdoğan Vyana görüşünün detalları haqqında məlumat aldı. İlham Əliyev İstanbulda Pyotr Poroşenko ilə də görüşdü. Budəfəki görüşün əsas məqsədi Ukrayna prezidentinin Azərbaycana səfərini müzakirə etmək idi. Böyük ehtimalla, Poroşenko 2016-cı ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək".

Politoloq ölkə başçısının sözügedən sammitdəki çıxışını üç hissəyə bölüb:

"Birinci hissə BMT-nin bəzi hallarda qətnamələri bir neçə həftəyə icra etməsi, ancaq Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı 4 qətnamənin 22 ildir yerinə yetirilməməsinə yönəlik idi.

Prezident ikinci hissədə diqqəti Ermənistanda yerləşən "Metsamor"AES-ə yönəltdi. Çünki "Metsamor" bölgə üçün təhlükə mənbəyidir və Çernobıl hadisəsinin təkrarlanması ehtimalı az deyil. Eyni zamanda, Ermənistan hakimiyyəti AES-in tullantılarından "çirkli bomba" hazırlaya bilər.

Üçüncü mühüm məqam - dövlət başçısı dünyaya işğal nəticəsində qaçqın düşən azərbaycanlıların varlığını və unudulmamalı olduqlarını xatırlatdı.

İlham Əliyevin İstanbuldakı bu çıxışı iyunun sonundakı görüşündən öncə beynəlxalq aləmə xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər".

Qeyd edək ki, ötən gün İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb. Sammitdə BMT-nin üzvü olan ölkələrdən altımışadək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyev də Foruma qatılanlar arasındadır. Eyni gündə İstanbulda Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Tarix
2016.05.24 / 12:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla