Yuxarı

ABŞ radiosunda 1 saat Azərbaycan musiqisi – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən "LA Talk Live" radiosunda Azərbaycana həsr olunan geniş veriliş yayımlanıb.

Axar.az Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna istinadən xəbər verir ki, proqramda baş konsul Nəsimi Ağayev qonaq qismində çıxış edib.

Diplomat Azərbaycanın milli musiqi sənətinin tarixindən bəhs edərək, xüsusilə Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində Azərbaycanın bir sıra yeniliklərə imza atdığını vurğulayan diplomat, bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib.

Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul, klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərimizin əvəzolunmaz rolundan bəhs edib, onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb.

Eyni zamanda, diplomat, qədim tarixə malik Azərbaycan muğam məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul, 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsərləri sırasına daxil edilərək, Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.

Baş konsul, həmçinin Azərbaycan caz musiqi sənəti və onun qurucularından olan Vaqif Mustafazadənin qeyri-adi istedadından da söz açıb. Diplomat bildirib ki, Azərbaycan caz məktəbinin bu gün artıq böyük sayda yetirmələri milli musiqimizə rəngarəng töhfələr verməkdədir. Baş konsul, həmçinin Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələri, Qarabağın əzəli Azərbaycan torpağı olması və Nizami Gəncəvi yaradıcılığı barədə də dinləyicilərə məlumat verib.

Qeyd edək ki, proqram zamanı Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadənin əsərlərindən, eyni zamanda Rəşid Behbudov, Müslüm Maqomayev və Vaqif Mustafazadənin unudulmaz ifalarından və Azərbaycan muğamından nümunələr səsləndirilib. Əsərlərin tam şəkildə 26 mayda efirə veriləcəyi nəzərdə tutulub.

Tarix
2016.05.24 / 12:49
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla