Xətaidə 3000-dən çox ağac əkildi - Foto
16:33
Ana səhifə Planet |
Cənubi Çin dənizindəki ərazi mübahisələri sülh yolu ilə həll edilməlidir.
Axar.az xəbər verir ki, bunu Vyetnama səfəri zamanı ABŞ Prezidenti Barak Obama söyləyib. Onun sözlərinə görə, böyük ölkələr özündən balaca ölkələri qorxutmamalı, onların ərazi bütövlüyünə hörmət etməlidirlər.
Qeyd edək ki, bir müddət öncə Çinin Cənubi Çin dənizində hərbi mövcudluğunu artırması bir sıra ölkələrin etirazına səbəb olub. Xüsusən Pekinin Spratli adalarını tutması Yaponiya, Malaziya, Filippin və Vyetnamın kəskin etirazına şərait yaradıb.
Tarix
2016.05.24 / 13:04
|
Müəllif
İlkin Həsənov
|