Yuxarı

Erməni KİV: “Putin Sərkisyanı alçaltmaqda davam edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Moskva üçün o qədər qiymətlidir ki, Rusiya buna görə Ermənistanı qurban verməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə "armenianreport" saytında yayımlanan məqalədə deyilib.

Tevos Arşakyanın müəllifi olduğu məqalədə qeyd olunur ki, Putin Sərkisyanı alçaltmaqda davam edir:

"Sərkisyan rejiminin Kreml kuratorları Ermənistanı və erməni xalqını təhqir edir. Biz hamımız yaxşı xatırlayırıq ki, aprel döyüşləri zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı açıq şəkildə Ermənistana dəstək verməkdən imtina etdilər. Rusiya bizim ərazimizə hərbi bazası kimi baxır. Aprelin 15-də İrəvanda Rusiya və Ermənistan parlamentlərinin müdafiə və təhlükəsizlik komissiyalarının birgə iclası oldu. Bu tədbirdə Rusiyanın müdafiə və təhlükəsizlik məsələləri ilə məşğul olan Rusiya senatorları iştirak edirdilər. Lakin bu tədbirdə göstərdi ki, Rusiyadan olan qonaqlar Ermənistanı müdafiə etmək, Azərbaycanı isə ittiham etmək fikrində deyillər. Sonda nəzərdə tutulan bəyanat da qəbul edilmədən Moskvaya göndərildi. Rusiya Federasiya Şurasının komitə sədrinin birinci müavini Aleksandr Çekalin izah etdi ki, Rusiya parlamentinin proseduruna görə, bəyanatı əvvəlcə parlamentin başqa komitələri ilə uyğunlaşdırmaq lazımdır. "Biz razılaşdıq ki, bəyanat Moskvaya göndəriləcək, üç komitə onu müzakirə edəcək və sonra qəbul ediləcək", - o bildirib".

Müəllif qeyd edir ki, Azərbaycan Moskva üçün çox qiymətlidir və buna görə Ermənistanı hər an qurban verməyə hazırdır.

Tarix
2016.05.24 / 13:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla