Yuxarı

Kinomuzun Xanı 68 yaşında - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan kinematoqrafiyasının, teatrının dayaq sütunlarından olan xalq artisti Fuad Poladovun 68 yaşı tamam olur.

Axar.az xatırladır ki, Fuad Poladov 1948-ci il mayın 24-də Bakıda anadan olub. 1967-72-ci illərdə ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib.

Fuad Poladov "Qayınana" (Ayaz), "Qara Volqa" (Səlimzadə), "Güllələnmə təxirə salınır!" (Xan), "İşarəni dənizdən gözləyin" (Komandan) kimi filmlərdə unudulmaz rollar yaradıb.

Aktyor "Qılınc və qələm" (Nizami), "Şah Qacar" (Şah Qacar), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şahbaz bəy), "İblis" (İblis), "Şah oyunları" (Kardinal Vulsi) və başqa tamaşalarda yaratdığı obrazlarla sevilib.

1987-ci il martın 20-də xalq artisti fəxri adı alan Fuad Poladov 2015-ci ildə "Aktrisa" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb

Tarix
2016.05.24 / 16:19
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla