Ana səhifə Planet |
Suriyanın Xüms və Tadmor şəhərləri arasında yerləşən
Rusiyanın T-4 Et-Tiyas təyyarə bazası naməlum qüvvələrin hücumundan
ciddi zərər çəkib.
Publika.az xəbər
verir ki, bu haqda Amerikanın "Stratfor" kəşfiyyat-analitik
mərkəzinin məruzəsində deyilir.
"Stratfor"un ekspertləri bildirirlər ki, ilkin məlumatlara görə, 4
helikopter, 20 yük maşını və MİQ-25 təyyarəsi döyüş sursatları ilə
birgə məhv edilib. Hücum edən güclərin kimliyi tam dəqiq olmasa da,
hücumun arxasında İŞİD terror qruplaşmasının dayandığı ehtimal
edilir.
Mərkəzin ekspertləri peykdən çəkilən şəkilləri təqdim ediblər.
Şəkillərdə bazanın hücumdan əvvəlki (14 may 2016) və hücumdan
sonrakı (17 may 2016) vəziyyəti göstərilib. Hücumdan sonra çəkilən
şəkillərdə yanmış Mi-24 helikopterləri və yük maşınlarının
qalıqları, həmçinin zərər dəyən təchizat binası və MİQ-25 təyyarəsi
görünür.
İŞİD öz bəyanatında hücumun və məhv edilmiş texnikaların dəqiq
təsvirini verib. Analitiklər məhz buna görə belə nəticəyə gəlirlər
ki, hücumun arxasında İŞİD dayanır.
Tarix
2016.05.24 / 19:32
|
Müəllif
Axar.az
|