Yuxarı

Klanlararası savaş: FSB Putini devirməyə hazırlaşır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada klanlararası savaş ən yüksək səviyyəyə çatıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, Boris Nemtsovun öldürülməsi bu qarşıdurmanı daha da artırıb:

"Nemtsovun ölümündən sonra çox təəccüblü proseslər baş verdi. Öncə real qatillər həbs edildi. Bu, Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyatın nümayişkaranə şəkildə təbliğ edilməsi ilə aparıldı. Ən maraqlısı isə bu şəxslərin Kadırovun elit silahlı bölmələrinin zabitləri olmasıdır. Bu insanların həbsi Putin üçün şok idi. Həmin vədə o, hətta iki həftə görünmədi. Güc strukturları Kadırov tərəfdarlarının dindirilməsini istədilər ki, bu da Putin üçün çağırış idi. Hərbçilər həmişə Kadırova nifrət ediblər. Çünki onların fikrincə, məhz Kadırov Çeçenistan qələbəsini Rusiyanın əlindən alıb. Bu savaşda ya Putin və Zolotov (Milli Qvardiyanın rəhbəri – red.) qalib çıxacaq, Kadırov yenidən prezident seçiləcək, FSB lideri Bortnikov isə istefaya gedəcək, ya Putin Kadırov və Zolotovu satacaq, ya da ki dövlət çevrilişi olacaq, Putin də öz səhhəti ilə bağlı istefaya gedəcək. Putinin hakimiyyəti dövründə hələ indiyə qədər belə tərzdə şiddətli savaş olmayıb".

Tarix
2016.05.25 / 10:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

Azərbaycanda su qıtlığı problemi... - BCG

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla