Yuxarı

Erməni əsgərlərin qidası xaricdə satılır - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda əsgərlər üçün istehsal olunan qida məhsulları və geyimlər Polşada satılır.

APA-nın "replik.am" saytına istinadən verdiyi məlumata görə, bu barədə hüquqşünas Qarik Qalikyan Feysbuk səhifəsində yazıb.

Hüquqşünas qeyd edib ki, bu barədə ona dostlarından biri bildirib.

"Dostlarımdan biri mənə bir şey yazdı, söz tapa bilmirəm. Mənim 8 yaşlı övladım öz bufet pulunu əsgərlərə qida göndərmək üçün toplayır. İnsanlarımız var ki, son qəpiyini də əsgərlər üçün sərf edir, amma axırda məlum olur ki, erməni əsgərlər üçün nəzərdə tutulan geyim və konservləşdirilmiş qidalar Polşanın Bielsko Biala şəhərinin mağazalarından birində satılır.

Üzərində məlumatların erməni dilində yazıldığı məhsullar əsgər paltarları ilə birlikdə 500 zlotdu, yəni 160 dollar. Dostum bunu öz gözləri ilə görüb, hətta satıcı dostumdan məhsulların üzərindəki ermənicə yazılanları tərcümə etməsini istəyib. Xahiş edirəm, cavabdeh qurumlar bununla bağlı müvafiq yoxlamalar aparsın", - Q. Qalikyan yazıb.

Tarix
2016.05.25 / 12:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla