Yuxarı

İlham Əliyevin Kadırova hədiyyəsi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Prezidenti Ramzan Kadırov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Çeçenistan səfəri ilə bağlı video paylaşıb.

Axar.az xəbər verir ki, Kadırov görüşün təfərrüatları haqda rəsmi İnstaqram səhifəsində yazıb:

"Əziz dostlar! Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşdüm. O, mənə Prezident İlham Əliyevin yolladığı "Zəfər" silahını çatdırdı.

Mən bu hədiyyəni Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərimə görə aldım. Ramiz Ənvər oğlu Azərbaycan xalqının Çeçenistana xüsusi sevgi və hörmətlə yanaşdığını bildirdi.

Mən Ramiz Mehdiyevin simasında Azərbaycan dövlətinə Çeçenistana göstərdiyi humanitar yardıma görə minnətdarlığımı bildirdim.

Biz həmçinin Çeçenistanın ilk prezidenti Əhməd Kadırovla Azərbaycan Prezidenti Heydər Əliyevin görüşünü, mənim Azərbaycana səfərimi xatırladıq.

Biz Çeçenistan Respublikası ilə Azərbaycan arasında mövcud olan əlaqələri inkişaf etdirmək, terrorizm və ekstremizmlə mübarizədə güclərimizi birləşdirmək qərarına gəldik. Daha çox iqtisadi münasibətləri müzakirə etdik. Mehdiyev Prezident İlham Əliyevin məni Azərbaycana səfərə dəvət etdiyini çatdırdı".

Tarix
2016.05.25 / 15:36
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla